Dənizim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 603
Səs ver:
(səs: 0)

Dənizim...

Dənizim ... Yenə gəldim ..

Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...
Hər gəlişimdə - bəlkə də bu sondu" deyişimi xatırlayıram ...
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...
Ehh....dənizim mənim ...
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...
Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün ...Amma sən ...sən fərqlisən ...
Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim insanların bir anda necə yadlaşdığından ,hələ də gülümsəyüb rol oynamağımdan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə bilməməyimdən danışım ?
Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?

Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə,inanacağımı düşünmürəm ... Sus ................
Bir az da qəribəlikdən danışım ?... Başa düşmədiyim insandan ...İncidə biləcəyimi düşündüyüm,və bundan çox qorxduğum tək insandan danışım ?Ehh,dənizim mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil ...
Sonra nədən danışım?Uzaqdakı dostumdan,onun ucun nece darıxdığımdan,onu itirməkdən qorxduğumdan da danışım sənə ?
Hər şeyi danışım ? Axı niyə ? Niyə dinləyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ? Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ? Unutdunmu yoxsa ? ....Susursan yenə ...
Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ... Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan ...Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ...

 

Redakte etdi:  PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 603
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri