O bilmədi…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 593
Səs ver:
(səs: 6)

 

O bilmədi…

Yalnız o gün ilk dəfə qəlbimin olduğunu hiss etdim…Həmin gün hansı ki səni itirdim. Hansı ki sol tərəfimdə ağrı hiss etdim. Sevmərəm sanırdım. Unutmaq asant sanırdım. Bəzən nifrət sevgiyə qarışar deyirlər. Deyəsən doğrudur. Səni sevirəmmi nifrət edirəmmi özüm də bilmirəm… Kaş ki hisslərimdən bir az daha tez əmin ola bilsəydim…Ya da kaş ki sən mənim üçün bir az daha mübarizə aparsaydın. Gözlərim səni hər gün eyni yerdə görməyə alışmışdı. Öncələri əsəbləşsəm də sonra…Sonra bir gün səni həmin yerdə görməyəndə görəsən nə olub deyə düşünməyə başladım. Bir anlıq özünə gəl sən ki onu sevmirsən dedim. Amma nə çarə uzaqdan uzağa necə bağlandığıımı özüm də anlamamışam. Səni sevmirəm deyərkən də getməyəcəyini bilirdim. Getmirdin…getməyəcəm deyirdin…Aylar keçdi,iller oldu. Sənsə hələ də ordaydın… Amma bir gün tam da nəsə hiss etdiyimi anladığım zaman məndən getdin… Bəlkə də özümdən xəbərsiz səni çoxdan sevirdim .Bu sualın cavabını heç vaxt verə bilmədim…Sənsə Sevmirsən dedin. Məni yarım qoyub getdin. Məni məndən alıb getdin. Kim deyərdi mən də nəsə hiss edə bilərəm. Amma bunu sənə heç vaxt deyə bilmədim. Ya mən gec qaldım ya sən getmək üçün tələsdin. Mənə bunları yaşatdığına inana bilmirəm. Biri gəlib sənin üçün ağladı dedi. Biri hər gün onu unudacamdediyin halda unuda bilmədiyini dedi. Biri sənin içindəki yerini doldura bilmir dedi. Mənə nə? deyib keçdiyim halda ən adi bir xəbər gözlərimi güldürürdü. Amma içimi də yandırıdı. Bir gün….Bir gün başqasını sevir xəbərini eşitməmək üçün sənə yaxın olan hər kəsdən uzaqlaşdım.İndi hər gün güzgüyə baxdığm halda kimsəni görmürəm.Çünki, burada deyiləm.Mən çoxdan getmişəm.Sənin məndən getdiyin gün mən də getmişəm. Bağışla …Bağışlaki bir sevgini başlamadan bitirdim. Sənə qarşı nələr hiss etdiyimi heç vaxt bilməyəcəksən.

Müəllif : never say never
P.S - Müəllif hüquqları qorunur. Xəbəri başqa saytlara qoyarkən  saytın adı istinad edilməlidir.Xüsusi olaraq qadinlar.biz üçün.


Redakte etdi: PRETTY_GIRL

(səs: 6)
Şərhlər: 5
Baxılıb: 2 593
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri