Sənin haqqında danışmağımı istəsəydilər

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1472
Paylaş:
Səs ver:
(səs: 0)

Sənin haqqında danışmağımı istəsəydilər

 

Sənin haqqında danışmağı istəsəydilər bir ömür danışardım, amma yenədə bitməzdi.Sənin hər telini anlatmaq üçün bir ömür lazımdır.Suzmazdım bir dəqiqə səni anlatmaq üçün.Sıxardım bütün nəfəsimi, danışardım boğulana qədər.

 

Desəydilər yaz onu:

Yazardım ən gözəl şeirləri, bütün sevgi hekayələrini.Yazardım şairlərin şeirlərində həmişə yazmaq istədikləri o mələyi. Yazardım onu barmağlarım yox olana qədər, yazardım onu vərəqlər bitənə qədər, yazardım onu dənizlərə, okeyanlara.Yazardim onu, dağlara, buludlara. Yazardım onu dəlicəsinə sevən bu ürəyimə.Yazardım səni günəşə, heç kim silə bilməsin deyənə. Yazardım səni damarımda axan qanımla, qoy bilsinlər sən mənim qanımdasan.

 

Desəydilər şəklini çək onun:

Çəkərdim bir dünya şəkli, çünki o mənim dünyamdır.Sonra dünyanın bütün güllərini çəkərdim, deyərdim bax bütün bu güllərdə olan gözəllik ondadır, mənim gülümdə.Çekərdim mələklərin şəklini, deyərdim bax o bu mələklərdəndə gözəldir. Çəkərdim səni dünyada bütün rənglər bitənə dək, çünki bütün gözəlliklər səndə öz əksini tapır.Çəkərdim ulduzları, səndə onlar kimi parlaq və əl-çatmazsan.

 

Desəydilər kimdir O ?

O deyərdim, bəli bəli O, səhərlərə qədər məni onun haqqında düşünməyə vadar edən O.Bir əlimə günəşi, bir əlimədə ayı versələrdə yenədə ondan imtina edə bilməyəcəyim O. Qışın dondurucu soyuğunda məni günəş kimi isidən O. Bahar çiçəyi kimi ətir saçan, qışda yağan və bütün çirkinliklərin üzərini örtən o pak qardır O. Mənə dünyanın bütün gözəlliklərini göstərən O. Hər aldığım nəfəsdə, hər atdığım addımda, hər gülüşümdə, hər sevincimdə onun olduğunu anladığım O. Yanımda olanda belə

 

Bəli Bəli O. İndi bu dəqiqə yazdıqlarımı oxuyan SƏN !!!


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1472
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv