Sene Gelirem Yalniz Sene

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 053
Səs ver:
(səs: 1)
 Sene Gelirem Yalniz Sene

Sənə gəlirəm yalnız, illərdir içimdə saxladığım və qışqırmaq üçün yığdığım sevda sözlərimlə gəlirəm.. Ya da danışmadan, tək bir söz söyləmədən, susqunluğumla gəlirəm, utanğaclığımla, gücsüzlüyümlə, səhvlərimlə gəlirəm.. yata bilmədiyim bütün yuxuları, üşüdüyüm qış səhərlərini, böhrana düşərək keçirdiyim bütün axşamları, məni yatağımdan sıçradan kabusları yığıb gəlirəm. Arzuladığım və təxirə saldığım hər nə varsa hamısını götürüb gəlirəm. mən şərtsizcə sevirəm səni. sorğulamadan , mühakimə etmədən, dəyişdirməyə çalışmadan sevirəm.. həyatı səninlə yenidən kəşf etməyə, səninlə yaşanacaq sevdanın adsız nəfəri olmağa hazıram. Gəl sarıl mənə. Bu saxta həyatların ortasında inandığım tək gerçəyim sənsən.. günah ortağı olaq, eşq cinayətni birlikdə edək.. gəl və sarıl, sona çatsın kütlənin ortasıda əsrlərdir sürən qorxunc təkliyimiz. . Düşüncəsi belə titrədir ürəyimi, sən olmadan yaşaya bilməyəcəyəim bilirəm, sən olmadan keçəcək bir gün belə yaralasın məni, ağrıtsın ürəyimi. Başqalarının əsla görə bilmədiyi bir tək mənimlə danışan içindəki o dəli uşağı ortaya çıxartmaq üçün gəl.. Qorunmağa möhtac bir uşaq o bilirəm. Qorxma kimsənin onu incitməsinə icazə verməm.. güvən mənə… Birinə güvənmənin insanda yaradacağı o müdhiş hüzur eşidərək gəl. Gəl və ağla.. Bu qədər il çəkdiyin ağrılardan bir çırpıda sıyrılmaq üçün sarıl boyuma və ağla… Gözyaşlarınla birlikdə axıb getsin. Səninlə ağlarım məndə.. Məndə sıyrılaram ürəyimi istismar edən şəxsiyyətsiz həyatdan… Bir tək sənə qalaram özüm olaraq. Bir tək sənə heç bir şey gözləmədən təqdim edə bilərəm mənliyimi..
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri