++++++++++Səndən Əvvəl, Səndən Sonra

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 961
Səs ver:
(səs: 1)
Səndən əvvəl var idimmi mən? Yoxsa səndən sonra yenidənmi doğuldum? Səndən əvvəlinə dair heç bir şey bilmirəm. Nə edirdim, necə zaman keçirdim. Heç bir şey yox ağılımda. Amma səndən sonra, yalnız sən varsan həyatımda. Yalnız sən varsan misralarımda, düşüncələrimdə, dinlədiyim hər mahnıda, aldığım hər nəfəsdə, baxdığım hər yerdə yalnız sən. Düşünürəm də səndən əvvəl yoxdum mən. Sənlə doğuldum. Və zamanı gəldiyində yenə sən öldürdün məni. Səndən sonra etdiyim hər şey məna qazanmağa başladı. Dinlədiyim hər mahnı daha da gözəlləşdi. Yazdığım və oxuduğum hər şeir səndən sonra daha da dərinləşdi. Səndən əvvəl də sevdim, aşiq oldum.
Amma eşqi bu cür tanımadım. Sevmənin bu cür gözəl olduğu bilmirdim. Və gerçək sevənin hər vaxt itirdiyini öyrəndim. Və yenə öyrəndim ki sevən insan, sevdiyinə qovuşa bilməz. Yalnız xəyalıyla yaşar. Xəyalıyla ovudar özünü. Səndən əvvəl yaşamırdım mən. Cansız bir bədəndən fərqim yox idi. Eşqin məni özümə gətirdi. Ruhum oldu, bədənimə girdi. Can verdi mənə. Səndən əvvəlini onsuz da bilmirəm. Sən varkən, sənlə olan hər gün, hər an gözlərimin qarşısından getmir. Təbii bir də sən getdikdən sonrası var. Sən getdikdən sonra, həyatıma qatdığın hər şey itdi birdən. Mahnılar, şeirlər mənasını itirdi. Sən varkən sevincim, üzümdə təbəssümüm vardı. Sən getdikdən sonra onların yerini hüzn və gözyaşı aldı. Sən getdikdən sonra, təklik tək yoldaşım, sirdaşım oldu. Hər gecə mən təkliyin qoynunda yatmaq üçün qıvrılarkən, sən indi kim bilər kimin qoynunda yatırsan.

Tərcümə etdi: GüNaY ƏLiYeVa
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri