+++++++++Səni Anlatmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 882
Səs ver:
(səs: 0)
Eşqə dair bütün sözlər tükənmiş. Nə qədər söz varsa deyilmiş. İşdə mən belə bir yoxluqla yazıram səni. Bu qədər deyilmiş sözlərə baxmayaraq səni özümcə bir neçə sadə cümləyə sığdırmağa çalışıram. Sənə verəcək bəzəkli sözlərim yox mənim. Saf eşqlə sevirəm mən səni. Heç bir bəzək və ya bijüteriya istifadə etmədən olduğun kimi, olduğum kimi sevirəm səni.
Onsuz da eşqin bir qiyməti, sözlərin heç bir mənası qalmamış bu dövrdə. Sanki bir mən varam sevən. Bir mən çarəsiz, bir mən qələmsiz.
 Səni izah etmək, eşqin yaranmasından bəri istifadə edilən köhnəlmiş sözləri təkrar etməkdən kənara getməz məndə. Tərifin elə bir neçə sadə cümləylə izah edilə bilməz ki. Nə yazsam sənə, nə söyləsəm sadə qalar, gözəlliyin qarşısında sönük…
Gözlərindən başlasam səni izah etməyə o an donar qalaram. Susayaram, əllərim qələmimə getməz. Dilim tutular biçarə qalaram.
Saçlarını tərifə qalxsam, xəyalın canlanar qarşımda, qələmimi buraxıb saçlarını oxşayaram. Xəyal olduğunu anladığımda, səssizliyə basdırılar eləcə qalaram.
Gözəlliyini izah edim desəm. Qısqanaram başqaları da səni sevər, sənə aşiq olar deyə. Qələmi buraxar, səni özümə saxlayaram.
Gülüşünü izah edim desəm. Ürəyim təklər, yığılar qalaram eləcə.
Gözlərinə, gülüşünə və gözəlliyinə tək bir cümlə belə qura bilməzkən, səni izah etmək, yazmaq həddiməmi sevgili?

Tərcümə etdi: PRETTY_GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri