Sizin eşqiniz hansıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 524
Səs ver:
(səs: 0)
Tarix boyunca şairlər, mütəfəkkirlər, sənətçilər eşq mövzusundan ilham almış, eşq haqqında saysız -hesabsız əsər yaratdılar və yaratmağa davam edirlər. Amma eşq yalnız sənətçilərin mövzusu deyil, elm adamları da son 50 ildir sistemli şəkildə bu məsələni incələyirlər.
"Eşqin 7 halı" isə yüzlərlə eşq nəzəriyyəsindən yalnız biridir ... Platonik eşqlər, patoloji (xəstəlikli) eşqlər, qara sevgi kimi vəziyyətlər xaricində, iki adam arasında yaşanan ortaq bir müddətdir. Oxşar aşiqlər kimi eşqlər də doğulur, böyüyür, şəkil dəyişdirir və ölür. Bu Eşqlərdə üç fərqli xüsusiyyət və bu xüsusiyyətlərin bir - biriylə əlaqəsi 7 eşq tipini ortaya çıxarır.
Bu üç xüsusiyyət belə sıralanır: "Yaxınlıq, ehtiras və sadiqlik". 7 eşq tipini daha yaxşı anlaya bilmək üçün bu üç təməl xüsusiyyətin daha ətraflı bilinməsi lazımdır.
Yaxınlıq: Yaxınlıq xüsusiyyəti sayəsində əlaqədə istilik, səmimiyyət, romantik kömək, ünsiyyət, anlayış, dinclik, birlikdə keçirilən zamandan kef alma vəziyyətləri inkişaf edir.
Ehtiras: Həyəcanlanmaq, sevgilinin yanında olunca nəfəsin kəsilməsi, ürək döyüntüsü, ümumi bir xəbərdarlıq halı, enerji artımı, erotizm, fiziki cazibədarlıq, diqqətin sevgiliyə cəmlənməsi və sevgilini düşünmə kimi xüsusiyyətlərlə özünü müəyyən edir.
Sadiqlik: Cütlüklər arasındakı qarşılıqlı asılılıq, ortaq bir həyat hədəfi yaradılması və davam etdirmə xüsusiyyəti olaraq açıqlanır.

/Mənbə:Qadınlar.biz/

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri