Eşq sənə bənzər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 806
Səs ver:
(səs: 1)
Eşq bəzən- yaş bir romandır səhifələri göz yaşından, bəzən izah edə bilmədiyin söz xəzinəsidir hecaları olmayan, bəzən mehtabsız günəşin qərbdən doğulması kimidir.
Eşq bəzən susqunluqdur avaz- avaz qışqırıqlar ardından. Bəzən köhnəçinin alıb apardığı xatirələrdir sabahı olmayan.
Eşq bəzən- səhnəsiz film kimidir baş rolu olmayan.
Eşq bəzən- gündüz qaranlığında gecə işıqlığı tapmaq kimidir.
Eşq bəzən- sinəsində nəfəssiz bir ömür qalmaq kimidir.
Eşq bəzən- hər şeyə baxmayaraq gözlərində dalıb getməkdir gedə bilmədiyin yerlərə.
Eşq bəzən- ay mehtabda işıqlanarkən ürəyində nurunu tapmaq kimidir.
Eşq bəzən- əlindəki ürəyini ürəyindəkini ürəyindən böyük sevmək kimidir..
Çətin olan yaşamaq? 
Həyatı anlamaqm? 
Mən gözlərini deyil, baxışlarındakı mənanı sevirəm. 
Uzaq olan ulduzlarmı? Ulduzlara baxdığın anmı? 
Mən sözlərini deyil, sözlərindən anladıqlarımı sevirəm... 
Müqəddəs olan eşqmi? Eşqi paylaşmaqmı? 
Mən sənə heyran olmağı deyil! Heyranlığımdan utanmağı sevirəm 
Gözəl olan gözlərinmi? Gözlərindən gördüyüm sənmi? 
Mən səni deyil məndəki səni sevirəm.
Sevdanı bir damla gözyaşında axtarmadım ki, ağladım axdı getdi deyim.. Mən Sevdanı şərəfsizcə yaşamadım ki, hər an başqasıyla olum.. Mən Sevdanı "Ürəyimdə" yaşadım: De necə söküb atım.. Səndəki qeyri mümkünlüyü, sənə sarıla bilməmənin ağrısını sevdim. Sırf sonunda sən varsan deyə sənə olan həsrəti sevdim. Tək ikən ağılımda oluşunu, xəyallarıma yuxularıma doluşunu sevdim. Səni bir gün görmə ümidiylə yaşamağı sevdim Səni "həyata səbəbim" bilməyi sevdim mən. 
Mənidə getdiyin hər yerə apar istəyərdim. Lazım olsa biləyinə biləklik, əlinə təsbeh, belinə kəmər, ayağına ayaqqabı et, utanmam... Əllərimdən tutma, sarılma, yoldaşlarına bu mənim sevgilim demə, yanındaykən hər hansı bir sifətim olmasın heçnə olmaz, inciməm... Nəfəsin et, savabın et, günahın et...Köynəyinin ağı olum, şalvarında ki mavi olum, səma olum. ..Adım olmasın, alınmam... Məni də apar... Bir ilin üç yüz altmış dörd günü yanında olsam yetər. Bir saatın əlli doqquz dəqiqəsi yanında olsam yetər. Üç gündəlik dünyanın iki günü yanında olsam yetər. Çox bir şey istəmirəm sevgilim, Qəbiristanlığına qədər yolum var....

/Mənbə: Qadınlar.biz/

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 806
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri