Bir limanın iki gəmisi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 3 644
Səs ver:
(səs: 2)
1 - ci fəsil..
İşdən çox yorulmuşdum, istirahətə çox ehtiyacım var idi. Amma nə müdirə deyə bilərdim, nə də ki, valideyinlərimə. Mən onsuz ali təhsil almamışdım,məktəbi qurtarandan sonra hərbi xidmətə getmişdim, qayıdandan sonra komputer kursuna yazılıb komputerdə bəzi proqramları öyrənmişdim. İndi işlədiyim yer redaksiyada idi. Ancaq gələn məqalələri,yəni əl yazmaları komputerə salırdım və komputerdə proqram vasitəsi ilə vərəqlərə bölürdüm. Asand iş olsa da çox yorucu və sıxıcı iş idi. Əlacım olmadığından bu məcburiyyətə alışmalı idim. Hərbi xidmətimi başa vurandan sonra dostlarımla çox gec- gec görüşürdüm,həm işdən vaxt olmurdu,həmdə onların vaxtları olmurdu. Onlar oxuyurdular , imtahanlar, dərslər, qısaca öz əhatələri artıq var idi. Çox peşman olmuşdum oxumamağıma, ali məktəbə qəbul olmadığım üçün hər şeyin səbəbini bunda tapırdım. Ancaq işdə gördüyüm insanlar və iş yoldaşlarım ilə soyuq üzdən münasibətim var idi. Mən əsgərliyə on səkkiz yaşımda gedəndə çox ümidlərim var idi, indi anlayıram ki,hamısı az yaşlı olmağımdan irəli gəlirdi. İnsan hər yaş artdıqca həyatı daha da dərindən dərk edir. Həmişə arzu edirdim, ümid edirdim ki, hərbi xidməti başa vurum,həyatımı düzəldim,pul qazanım firavan həyat yaşayım. Hamısı puç oldu. Çünki həyat göründüyü kimi sadə və asan deyil. Bir işin üzərində mənim fikrimcə şans olmalıdı addım atmaq üçün,əks halda heç vaxt addımlamayıb və bu həyata alışıb yaşayacaqsan. Amma mən bu yoxsulluqla yaşayıb ölmək istəmirdim, həyatımı dəyişmək istəyirdim amma bilmirdim nə edim. Bir gün işdən yorğun-arğın evə gəldim. Heç otağıma keçməmişdim ki, o biri otaqdan valideyinlərimin pul üstündə dalaşdıqlarını gördüm, anam çox pis olmuşdu və çox da dəyanmadan ağlayırdı. Deyirlər oğlanlar analarını daha çox istəyirlər amma burda bu sözün heç əlaqəsi yox idi. Anam sadəcə ömrünü yoxsulluq içində olsa da xoşbəxt yaşamaq istəyirdi amma atam buna imkan vermirdi. Məktəb maşınında şofer işləyirdi, aldığı maaşı da küçələrə dağıdırdı, anam evləri yığışdırmağa gedirdi,aldığı əmək haqqıyla ancaq evə baxa bilirdi. Evin tək övladı olduğumdan anam istəmirdi əzab-əziyyət çəkim. İmkanımız olsaydı inanmazdım anam məni işləməyə qoysun. Mübahisəyə qarışdım atamla dalaşdım , bu dəfə anam bizi ayırırdı çox pis təsir etmişdi mənə, biraz da uzansaydı mübahisə atama əl qaldıracaqdım. Əsəbləşdim çıxıb getdim evdən. Gedəcək yerim olmadığından redaksiyaya getdim, gözətçidən icazə alıb içəri daxil oldum. Səhər məni çox iş gözləyirdi. Siqaret çəkməyi xoşlamırdım , amma bu gecə elə bil siqaret çəkməsəydim yata bilməyəcəkdim. Düşüb aşağıda gözətçidən siqaret alıb otağıma qayıtdım. Stolumun üstündə bir qovluq var idi,üstünə "Sevginin xəcaləti" yazılmışdı. Ad məni özünə çəkdi qovluqu açıb içində yazılanları oxudum. Bu mövzunu mən sabah səhifələrə bölüb çapa verməliydim. Hekayədə yazır:
Bir limanın iki gəmisi
2 - ci fəsil...
"Hər bir insanın öz ətrafı olur, o əhatə ilə , ətrafın öz söz-söhbətləri olur günlər keçir , illər ötür yeni insanlar gəlir ətrafına, və yaxud sən ətrafını dəyişib başqa bir insanların yanına gedib özünə əhatə, ətraf qurursan. Sevginin necə böyük bir qüdrətə malik olduğunu onda anlamışdım. Ətrafım və gördüklərimdən çox uzaqda bir qıza vurulmuşdum. Heç vaxt ağlıma gəlməyəcək bir hadisə baş vermişdi. Ən rahat insanlar münasibətində ilk günlər,ilk aylar olur. Çünki xasiyyəti tam olaraq mənimsəmirsən. Vaxt keçdikcə anlayırsan hər şeyi. Problemlər yaranır , davalar, mübahisələr. Bir problemi qurtarmamış o biri bir problem ortaya çıxır. Birinci günlər çox xoşbəxt idik. Hər gün gəzirdik,əylənirdik. Həyatda hər şeyin ilkini yaşayanda,yəni yeni öyrənəndə maraqlı olur və heç vaxt da unudulmur. Məndə də belə oldu ilk sevgi nədir onda öyrəndim , ilk sevgi xoşbəxtliyi nədir öyrəndim. Heç vaxt da yadımnan çıxmaz. Gözəl günlərimiz yaddaşıma həkk olunurdu. Xatirə və yaxud dəftər tutmağıma ehtiyac yox idi beynimdə ki,əzbərim hər şeyi əvəz edirdi. Sadəcə zamanla insanlar ya uyğunlaşırlar,yada uzaqlaşırlar . Bizdə uzaqlaşma oldu. Sevgi hər şeyi həll etmir. Hər ikimizin öz yolumuz var idi fərqli düşüncələr. Bir birimizin düşüncələri ilə də heç vaxt razılaşmırdıq sadəcə ortaq nöqtəmiz tək sevgimiz idi. Amma tək sevgi bu problemlərin öhdəsindən gələ bilməzdi və gələ də bilmədi. Sevgi və bağlılıq çox incidirdi,ikimiz də ayrılmalı idik,amma ayrıla bilmirdik. Zaman hər şeyin çarəsidir demişdilər, bu söz tam mənim həyatımın anlamı oldu. Bəzən həyatda ürəyindən keçənləri izah etmədiyin üçün pis qələmə verilirsən məndə də belə oldu. Mən bir başqası ilə öz sevimə xəyanət etdim...Nəticə ayrıldıq...

3 - cü fəsil...
Bezmək çox aldadıcı bir hissdir. Məndə bezdim. Elə bilirdim ki, artıq sevgim ölüb , daha başqası olacaq və daha çox xoşbəxt olacam . Amma elə olmadı, tam əksinə köhnə fikirlərim, hisslərim mənə qayıtmalı oldu. Mən öz sevgimdən əl çəkəndə artıq bezmişdim. O qədər söz-söhbət problemlər. Nə qədər xoşbəxt olmuşduqsa , nə qədər gözəl günlər yaşamışdıqsa hecbiri gözümə görünmürdü. Sanki bir zülmdən canımı qurtarmaq istəyirdim. Mən həyatda təsadüflərə inanıram. Təsadüf nəticəsində hamısı üst- üstə gəldi. Səhv olduğumu anlayıram amma qəbul edə bilmirəm çünki mənim də o vaxtları halım öz halım deyildi. Yaşadıqlarım çox əzab verirdi mənə. Mən onun ruhunu sevmişdim. Çünki zənn edirdim ki , ruhunu sevsəm sevgimiz əbədi olacaq. Mən ölsəm də ruhum sevəcək amma kimə anlada bildim ki?! . Çox yorulmuşdum,məcburi olmasa da bir başqası ilə əlaqədə oldum amma gizlətdim. Çünki bağlılıq imkan vermirdi mənə birini seçmək üçün. İstəyirdim hər şey yoluna düşənə qədər ikisi ilə də əlaqə saxlayım. Yenə də təsadüf nəticəsində hər şey qarışdı. Öz ad günümdə xəyanətim ortaya çıxdı. İnanılmaz bir şey oldu. Mən ad günümdə öz sevgilimlə görüşdə olanda o birisi,yəni həyatıma təzə gələn əlində hədiyyə məni gözləyirdi. Mən burdan tez çıxacaqımı fikirləşib ona da görüşəcəyimizi söz vermişdim. Amma hər şey alt-üst oldu. Çox yalan danışmış oldum. Əslində öz yalanlarım mənə təsəlli və güc verirdi.Çünki hər gün eyni davalar, eyni problemlər artıq yormuşdu. Gücüm qalmamışdı. O qədər bezmişdim ki sanki sevgim ölmüşdü. Neçə illər mənim yanımda olan insan uzaq gəlirdi mənə. Yenə təsadüfdən öz sevgilim çox ağır günlər keçirdirdi , ürəyində problemləri var idi,başı həkimə,dərmana qarışmışdı. Onun belə anlarında mənim bu cür hərəkətim sarsıtdı onu. Çox peşman olsam da fikirlərim ilə razılaşsaydı və mənimlə dalaşmaq,hər dəfə ayrılmaq əvəzinə yanımda olsaydı belə olmayacaqdı. 
Oturmuşduq kafedə birdən zəng gəldi mənə , sevgilim telefonu qəflətən götürüb açanda başqa bir qadının sevgilim deyərək səsini eşitdi. Tez dəstəyi yerə qoyub başladı ağlamağa,heç nəyi izah edə bilmədim. Durub çıxıb getdi. Ən pis o idi ki, o birisi də bu mövzunu anladı. O da əlindəki hədiyyəni zibil qutusuna atıb çıxıb getmişdi. Çox yalnız idim,bilmirdim nə edim. Öz doğum günümdə bu qədər yalanın ortaya çıxması və iki qəlbin qırılması. Çox peşman və pis olmuşdum.Heç kimə dərdimi və niyə etdiyimi anlada bilmirdim və bilməzdim...
Günlər keçdi.
4 - cü fəsil...
Nələr yaşadığımı heç kimə anlatmırdım, susub qalmışdım. Heç dostlarım da bu haqqda heçnə bilmədilər. Ehtiyac görmədim anlatmağa, onları da bu hissə cəlb etmək istəmədim. Zaman mənim çarəm oldu,çox əzablar çəksəm də hisslərim məni boğsa da , uçurumun yaxınlığına gətirsə də nəhayət həyata geri qayda bildim. O vaxtı anlaya bildim ki, insanın ən böyük vəzifəsi ayaqda qala bilməyi bacarmaqdır. İkinci həyatıma gələn ilə əlaqə qurmağa çalışdım və etdim. Görüşdük,danışdıq,üzr istədim,hər şeyi qaydasına saldım. Yenə yalan da olsa danışıb razı sala bildim. Bu dəfə heç xəcalət çəkmirdim,sanki artıq yalan danışmağa öyrəşmişdim. Bir müddət sevgili olduq amma ilk sevgilim yadımnan çıxmırdı. Gözüm hər dəfə onu axtarırdı. Müddət keçdikcə hisslərim qayıdırdı, soyuyurdum,ilk sevgimi istəyirdim . Zaman keçdikcə artıq ayrıldım çünki onunla nə yaşayırdımsa, nə edirdimsə indi edə bilmirdim sanki ürəyim bağlanmışdı, heç nəyə həvsim yox idi. Nəhayət anladım ki, hisslərim aldatdı məni. Bir gün gecə evdə oturmuşdum , komputerimdə keçmiş şəkillərim , videolarıma baxırdım. Gözüm bir videoya sataşdı . Açdım videonu ağlamaq məni tutdu. İlk sevgilimin ad günündə ikimiz əl-ələ deyib gülürdük, çox xoşbəxt idik . Sevgilimin gözəl səsi var idi , adamın ürəyinə yatırdı. Ayrılıq mahnısını ifa edirdi. Heç vaxt düşünməzdim ki, bir gün bu videoya baxanda o yanımda olmayacaq və məndə ağlayacam. Çox darıxırdım onun üçün. Etdiyim əməllərə görə, danışdığım yalanlara görə çox peşman idim. Bəlkə də o bunları yaşamamalıydı,mən yaşatmamalıydım , bir ah çəkib videonu bağladım. Sanki təzə ayrıldığım dövrə qayıtmışdım. O ağrılı,acılı hisslər gəlmişdilər. Bilmirdim nə edim. Ağlaya-ağlaya qışqırırdım ki, sən etdin, sən məni sürüklədin bu əməllərə,mənimlə niyə yola getmədin. Halım qarışmışdı,gözümün yaşı , əsəb, darıxmaq, gərginlik təmiz məhv olmuşdum. Biz həmişə bir birimizə çox sevməyi qarğış edirdik. Çünki ayrılmaq istəmirdik. Arzu edirdik ki, bu qarğışa düşək və heç vaxt ayrılmayaq. Mən artıq qarğış olunmuşdum . Nə etdiyimi anlamırdım, heç kimin təsəllisinə ehtiyacım yox idi.
Mən onunla həyat dostu olmuşdum, hər sevgidə bu anlar yaşanmır. Çox insan öz ailəsinin sirrini belə saxlayır sevgilisindən. Biz tamam fərqli olmuşduq, doğmalaşmışdıq. Heç vaxt bu hallara düşəcəyimizi belə düşünməmişdik. Dost, sevgi, həyatda bir insan üçün ən vacib hisslərdir. Bunların ikisidə öz sevgilimdə cəmləşmişdi. İndi nə sevgilim var , nə də, dostum . Zülmət qaranlığın içində gedən yalqız adam idim...

5 - ci fəsil
Ağır günlərimi yaşayıram, bir gün sakitləşirəm , bir gün darıxıram, heç özüm də bilmirəm nə yaşayıram. Artıq bu ağrıya öyrəşmişəm. Ömür boyu bu ağrının həyatımda olacağını bilirdim. Bir gün qarşılaşacağımızı ümid edirdim. Onun xasiyyətini bilib heç vaxt əlaqə saxlamaq istəmədim. Çünki ayrılan mən olmuşdum. Xəyanəti mən etmişdim. Bir qız üçün bunları yaşamaq ölümə bərabər olan bir şey idi. Ona görə susub əzab çəkməyi gözə almışdım.
Yaxın bir dostum var idi, həmişə kimsəsizlər evinə kömək edirdi. Təşkilat yaratmışdı, şou proqramlar keçirdirdi , sevindirirdi az yaşlı uşaqları. Elə insanlarda var idi ki, kömək edirdilər maddi baxımdan amma proqrama gələ bilmirdilər. Dostum zəng vurdu ki, gedək bir nəfər var ondan pul alaq uşaqlara yarım etmək üçün pul verir özü gələ bilmir. Razılaşdım getdim. Görüşdüyümüz adam bir xanım idi. İlk baxışdan çox xoşuma gəldi. Uzun düz saçları ,gözləri qəhvəyi sanki üzünə işıq verirdi. Bu xanım mənə çox müsbət eneri bağışladı. Sakitliyi hər şeyə dəyərdi. Pulu alıb tez sağollaşdıq,artıq on dəqiqə idi ki, dostumla hal-əhval tuturdular,mən yerimdə donmuş şəkildə gözlərimi gözlərinə dikmişdim. Vaxt necə gəldi keçdi heç bilmədim. Sonra yolda gələndə ancaq fikirləşirdim ki, bəlkə yenə hisslərim aldadır məni çünki daha bir qəlb qırmaq istəmirdim.
Heç özümdən aslı olmayaraq o qız ağlıma girirdi,sevgili kimi əl-ələ vəziyətdə gözümün önündən gəlib keçirdi. İstəməsəmdə olurdu. Bir anlıq yenə ilk sevgim yadıma düşdü, fikirləşdim ki,xəyanət etmiş olsam da heç olmasa mənəvi öz vicdanımla etməyim. Qərara gəldim fikirləri uzaqlaşdırdım. O qızı unutmuş kimi apardım özümü.

6 - cı fəsil.
Bir gün həqiqətən sevgi məqsədi ilə yox sadəcə bir dost kimi tanış olmaq istədim. Dostuma bildirdim bu fikrimi, onunla danışıb razılıq almasını istədim. Mən bilməzdim ki, o qızın da könlündə mənə qarşı bir iz qalıbdır o vaxtki görüşdən. Nəhayət dostumun nəticəsində əlaqə qura bildim. İlk görüşümüz şəhərdə bir kafedə baş tutdu. Öz həyatımızdan danışmağa başlayanda o başladı danışmağa,mənim yaşadıqlarımı yaşamasa da oda sevgi əzabı çəkmişdi vaxtı ilə. Demək olar görüş ərzində özündən danışdı. Mən bir kəlimə belə etmədim öz həyatım haqqında.
Artıq neçə vaxtır idi ki, bir yerdə idik. Həqiqətən bu qızı çox istəyəcəyimi,sevəcəyimi bilmirdim. Bir mövqedən fikirləşirdim ki, bu qız sanki məni həyata qaytardı. Amansız həyatın qarşıma çıxartdığı bir hədiyyəsi idi. Amma bu hədiyyə sözünü heç vaxt dilimə gətirmirdim çünki mən həmişə ilk sevgimə deyirdim bu sözü. Həmişə ona sən mənim həyat hədiyyəmsən deyirdim.Bu qızla tam fərqli bir həyat yaşadım. Heç bir yalanım olmadı. Müddət ötdükcə daha isindim bu əlaqəyə və öz həyatımdan nələr yaşadığımı, nə etdiklərimi hər birini anlatdım. Sabah bir qüsur olmaması üçün. Qarşılıqlı anlaşırdıq. Sevgimizin ilk günləri də keçdi,problemlər də oldu amma öhdəsindən gələ bildik. Mənim üçün çox rahat və zövq verici idi bu insan. Bəli hər bir həyatda problemlər olur, səhvlər olur amma buna baxmayaraq əvvəl yaşadıqlarımı yaşamırdım. Bu gözəl üzlü, gözlərindən işıq saçan gözəl məni çox heyran edirdi öz hərəkətləri ilə. Bir gün mənə sual verdi: "Niyə biz bu qədər çox xoşbəxt ola bilirik?" Cavab olaraq " Sənin üçün ən yaxşı olmağımın səbəbi, vaxtı ilə etdiyim səhvləri təkrarlamamağımdır...

7- ci fəsil
Bir gün heç gözləmədiyim anda ilk sevgimlə qarşılaşdım. Gözləri çox kədərli idi. Bir birimizin yanından salam vermədən ötüb keçdik. Axşam evə qayıdan da bir məktub gəldi. Açıb oxudum "Üzr istəyirəm salam verə bilmədim" Əlaqə saxladım biraz ötən günlərdən danışdıq, yaşadıqlarımızdan danışdıq. Bir- birimizin həyatını sorğuladıq. Ayrı qaldığımız günlərdən danışdıq. Çox kədərli idi amma heç nə hiss etmirdim. Hisslərimi mən məzara atmışdım. Çox soyuq idim. Heçnəyi izah edəcək halda da deyildim. Biraz danışandan sonra indi münasibətdə olduğum xanımı soruşdu, hardansa məlumat almışdı. Çox güman ki, onun ətrafı ilə mənim ətrafımın əlaqəsi olduğundan onlardan xəbər almışdı. Məndən hər kəsdən əlaqəmi kəsib ona qayıtmağımı istədi. Mən razı olmadım. Onun üçün gözlənilməz cavab oldu. Çox qəribədir, indiki münasibətdə olduğum insan başqa xarakterə aiddir, amma mənim fikirlərimlə uyğunlaşıb məni xoşbəxt edir. Məni o vaxtki zülmdən xilas edib. İstədiyim həyatı, istədiyim şəraiti, sevgidə axtardıqlarımı indi onda tapdım. Ən çox üzüldüyüm hər dəfə dalaşarkən ilk sevgimdə mən addım atırdım, mən danışırdım. Amma tam əksidir. Mən bundan zövq almıram sadəcə o hissləri yaşadığım üçün böyük önəm verirəm.Əlbətdəki dəstəyi asdı. Mənimlə ömürlük vidalaşdı. Özüm özümə təəccüb edirdim. Heç vaxt ağlıma gəlməzdi ki, həyatıma elə biri çıxacaq və ona görə ilk sevgimdən əl çəkəcəm. Əslində əsas səbəblər bu deyildi. Çünki bilirdim o yenə öz həyat yolundan, planlarından sevgiyə görə əl çəkməyəcək. Daha boş yerə xəyal və ümid etmək istəmirdim.

8 - ci fəsil.
Həyatda problemlər bitmək bilmir. Ən böyük dərdim , indi istədiyimin sevgi olduğuna heç kim inanmır. Keçici bir həvəs olduğunu sanırlar. Bu məni çox incidir. Xoşbəxt olduğumu anlasalar da sonluğu ayrılıq görürlər. Günlər keçdikcə məni bu yerlər soyudur, insanlar uzaqlaşdırır özlərindən. Qərara gəldim ki, sevgilimi götürüm çıxım gedim buralardan..."
----
Mən bir yol ilə gedirəm, ya da yol mənimlə gəlir, amma onu dəqiq bilirəm ki , bu yolla məndən başqa heç kim getməyəcək. Gəl sevgilim gedək yəgin bizi sevən qonaqlarımız olar....

9 - cu fəsil
Artıq səhər açılmışdı. Başım oxumağa qarışdığından səhərin açıldığına heç fikir verməmişdim. Yazını vərəqlərə ayırdım,çap edilən hissəyə göndərdim. 
Bir ay keçdi...
İş yoldaşım bir kitab gətirmişdi,müəllifi yaman tərifləyirdi, kitabın adı "Bir limanın iki gəmisi" idi. Kitabı biraz vərəqlədim,gördüm sadəcə çapa gedəndə adı dəyişdirilib. Və bir neçə yazılar əlavə olunub. Kitabın sonunda belə yazılmışdır:
Mən bu kitabı yazanda öz sevgilim adından yazdım. Anlatmaq istədim ki, onun yaşadıqlarını və etdiklərini hər birini anlamışdım. Mən ona qayıtmaq istəyəndə kaş ki, məni seçərdi ...Mən onu bağışlamışdım...
 

Müəllif: Midhət Həsənzadə
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 644
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri