Sənsizliyi dinlə sevgilim

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1965
Paylaş:
Səs ver:
(səs: 3)
Bir ürəyin təkliyi sarsıtmaz ruhu, içində sevgi  yoxdursa.
Hər bədən bilər tək gəldiyini dünyaya və hətta tək gedəcəyini.
Təklik ən tez öyrəşilən hisdir ona görə. Yadırğanılmaz, çətindir amma etiraz edilməz.
Halbuki bir könülün içi dolub daşmışdırsa, daşıya bilmirsə özünü belə, təklik ölümdən çətindir sevgilim!
Sənsizliyi izah edim sənə sevgilim, əgər tərif etməyə çatsa sözlərim, sənə o böyük səssizliyi izah edim. Yaxşısı xəyal etməyə çalış sən, yosunu iy verməyən bir dənizi düşün məsələn, heç bulud keçməyən səmanı.
Notları oğurlanmış bir mahnını zümzümə etməyi, quruda balıq tutmağı, sına. Ölümü aldat məsələn, əcəllə bazarlıq et. Yuxularını idarə et yatarkən, hətta heç uyğunlaşma bir daha! Bax sənsizlik belə bir şey!
Yenə də davam edir həyat. Səhər olur, gecəyə çatır. Gün bitir. Mənim sənsizliyim böyük bir səssizlikdir əslində. Qaldırıb kənara qoyduğum bir tərəfimdə gizləyirəm səni.
Həyat dediyin xatirələr yığınıdır, çoxaldıqca yaxınlaşır insan finala. Günləri xərcləyirəm lazımsız pul kimi. Sənsizlik əvvəllər əlimi ayağımı bağlasa da, indi daha hərəkətliyəm. Bu səssizliyin də qəribə bir dincliyi var, təbii tapa bilənə!
Daha əvvəl də sevdim, daha əvvəl də ağladım. Getdi bəziləri, mən getdim, dağıldıq işdə bu məhşər yerinin maketi dünyanın içinə. Bütün sevişmələri unudursan, bütün öpdüklərini, neçə dəfə səni sevirəm dediyini həyatın boyunca, xatırlamırsan. Hər şeyin təsəllisi vaxt, səni də sürüyür yavaş- yavaş.
Biz olmaq idi əhəmiyyətli olan, bacara bilmədikdən sonra nə fayda?
Sən qalmısan, mən getmişəm ya da ikimizdə dayanmışıq olduğumuz yerdə amma yenə biz ola bilməmişiksə, neyə fayda?
Boş qalan hər ürəyi dolduracaq bəziləri gəlir mütləq! Ancaq heç bir gələn, əvvəlkinin yerini doldura bilməz.
Hər boşluq sahibini təmsil edər ürəkdə!
Sonra gələndəmi getsə, onun da boşluğu özünə qalar. Könül dediyin nə böyük boşluqlardan meydana gəlir, sən xəyal et sadəcə!
Yəni sevgilim, sənsizliyimin sahilində otururam. Mənzərəsi keçmiş xatirələrə baxan ürəyimin əfkarından, bir stəkan dolusu şeir içirəm.
Kimlər nə sevgilər yaşamış deyirəm. Bu ürəklər nə dayanıqlıdır?
Ruhlar əzabla təmir edir əslində özünü, əzabla böyüyür.
Deyirəm geridə qalanlara dönüb baxmalıyıq , sən də mənim qalanımsan.
Bu sətirləri o səbəbdən yazıram.
Sənə səslənirəm, bacara bilsən gəl də sənsizliyin səssizliyini dinlə sevgilim! Eşidirsən?....

/Mənbə:Qadınlar.biz/

Müəllif:Candan Ünal


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1965
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook