Onun etibarını təkrarən necə qazana bilərsiniz ?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 274
Səs ver:
(səs: 4)
Birinin sizə olan etibarını qırdıqdan sonra təkrar qazanmaq səy sərf etmək və səbr göstərmək lazımdır. Qərarlı və əzmli davranaraq sizə təklif etdiyimiz addımları izləsəniz, əlaqəniziəvvəlkindən daha yaxşı bir hala belə gətirə bilərsiniz...

Səhvinizi qəbul edin
Harada səhv etdiyinizi düşünün və səhvinizi qəbul edin. Üzr istəmək, barışma müddətini başlatmaq üçün ilk addım olacaq. Qarşınızdakını eyni sözlərlə boğmadan içdən bir üzr istəyin.
 
Səbr edin
Unutmayın səhvi edən adam sizsiniz, başqa sözlə ilk üzrünüzdə dərhal qucağınıza atlamasını gözləməyin. Ona zaman verin və bu müddət  səbrli və nəzakətli bir şəkildə onun etibarını qazanmağa çalışaraq və öz həyatınızla əlaqədar əhəmiyyətli inkişaflar yaratmağa çalışaraq qiymətləndirin.
 
Gözlə görülər dəyişikliklər edin
Böyük dəyişikliklər bir gecə də olmaz. Kiçik -kiçik addımlarla özünüzlə əlaqədar dəyişikliklər etməyə başlayın. Əlaqəniz əsnasında problem yaradan yönlərinizi dəyişdirməyə çalışın və onun bunu fərqinə varmasını təmin edin.
 
Xırdalıqlara diqqətsiz yanaşmayın
Küsülü ola bilərsiniz, onun həyatındakı əhəmiyyətli hadisələri unutmuyun və hər vaxt yanında olduğunuzu ona hiss etdirin.
 
Əsla yalan danışmayın
Bir adamın etibarını yalanlarla qazana bilməzsiniz. Qarşınızdakına qarşı açıq olun.
 
Eyni səhvi təkrarlamayın
Yalan danışmış, aldatmış, ya da sizə aid olmayan bir şeyə burnunuzu soxmuş ola bilirisiniz. Hər nə etdinizsə bunu əsla bir daha təkrarlamayın. Eyni şey üzündən ancaq bir dəfə bağışlanıla bilərsiniz.

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 3
Baxılıb: 8 274
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri