Böyük eyvanda qağayılarla səhər yeməyi yeyərkən hər zaman səni izləyəcəyəm...(I hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 354
Səs ver:
(səs: 2)
Bir avtobus dayanacağında qarşılaşmışdılar ilk dəfə. Biri Tibb Universitetində oxuyurdu, digəri Memarlıq və İnşaat Universitetində. O ilk qarşılaşmadan sonra bir daha, bir daha və bir daha görüşə bilmək üçün hər dəfə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.
Gənc idilər, çox gənc... Bir-birləri ilə danışacaq cəsarəti tapmaları vaxt aldı, amma nəhayət bacardılar.
Əslində heç biri hər səhər avtobusa mindikləri tərəfdə yaşamırdılar. Oğlan dostugildə qaldığı üçün həmin dayanacaqdan minmişdi, qız ısə isə bacısı gildə. Sırf bir-birlərini görə bilmək üçün hər səhər tezdən evlərindən çıxıb şəhərin taaa o başından həmin dayanacağa gəldiklərini gülə-gülə bir-birlərinə etiraf etdilər bir gün...
Universiteti bitirən kimi evləndilər. Xoşbəxt idilər, çox xoşbəxt. Bəzən işsiz, bəzən pulsuz qaldılar. Amma qəlbləri bir-birinə elə bağlı idi ki, heç bir şey gözlərinə görünmürdü. Ayın sonuna güclə çatdıqları zamanlarda da, məşhur bir həkim və məşhur bir memar olduqları zamanlarda da həmişə xoşbəxt idilər.
Zamanın aşınmasına uğrayan, alışqanlıqlara çevrilən sevgilərdən deyildi onlarınkı... Günlər günləri, illər illəri qovaladıqca sevgiləri də böyüdü, böyüdü... Tək çatışmazlıqları övladlarının olmaması idi.
Çətin bir müalicə kursu keçmələrinə baxmayaraq övlad sahibi olmadıqlarında, bütün xoşbəxtliklərin bizim olmağını gözləmək naşükürlük olar - deyərək davam etdilər həyatlarına. Övlad yerinə sevgilərini böyütdülər...
Sənin üçün ölümə gedərəm - deyərdi Sevda ona sarılaraq. Yox, mən sənin üçün ölərəm deyə cavab verərdi Aqşin.
Bəzən evə gələndə aynanın üzərində bir qeyd görərdi Sevda, əzizim, kitabxananın ikinci rəfinə bax.... Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı, Mətbəxdəki stolun üzərinə bax və səni çox sevdiyimi heç zaman unutma. Mətbəxdəki stoldan yataq otağındakı şkafa qədər sevgi dolu qeydləri oxuya-oxuya gələn qadın, ən sonunda ya bir dəstə gül, ya çox sevdiyi şokoladlar, ya da bahalı hədiyyələrlə qarşılaşardı. Aldığı hədiyyənin nə olması heç də əsas deyildi...
Həyat nə qədər sürətlə axırsa axsın, işləri nə qədər gərgin olursa olsun hər zaman bir-birlərinə ayıracaq zaman tapırdılar. Buna baxmayaraq 40 yaşlarına gəldikdə daha az işləməyə qərar verdilər. Aqşin xəstəxanadan ayrıldı və şəxsi müayinə otağında xəstə qəbul etməyə başladı. Sevda isə ofisini bağladı və sadəcə xüsusi layihələrlə işləməyə başladı.
Artıq daha çox bir yerdə ola bilirdilər. Bir gün sahildə dolaşarkən xaraba ev gördü Sevda, üzərində "satılır" elanına baxaraq nə deyirsən, bu evi alaq? dedi Aqşinə. Bu xarabanı söküb, üzrəində çox gözəl bir ev tikərik. Layihəni artıq beynimdə çəkdim. Çox böyük bir eyvanı olan, qağayıları səhər yeməyinə dəvət edə biləcəyimiz bir dəniz evi...
Sən istədiyinə mən heç yox deyə bilərəm? deyə cavab verdi Aqşin. Amerikadakı tibb konqresindən dönən kimi əmlak məsələlərin ilə mağşul olan adama zəng edərəm. Neçəyə olursa olsun, bu ev bizimdir artıq...
Sadəcə 1 həftə ayrı qalacaqlarını bilsələrdə, ayrılmaları çox çətin oldu. Hər gün, hər saat danışdılar telefonda. Göz yaşları içində qucaqlaşdılar aeroportda.
Ancaq bir neçə gün sonra həyat yoldaşında bir qəribəlik olduğunu hiss etdi Sevda. Əvvəlki kimi xoşbəxt görünmür, danışmaqdan qaçırdı. Onun kefini açmaq üçün sahildəki evi yadına saldı və çəkdiyi layihəni verdi ona, amma heç gözləmədiyi bir cavab aldı: Canım, o ev bizim büdcəmizə uyğun deyil. Ən yaxşısı onu unut...
Xoşbəxtliyin dadına öyrəşmiş insanlara bu kimi hallar daha da çətin gəlir. Sevdaya heç xoş gəlmədi gözlənilməyən cavab. Dərdini deməsi üçün yalvardı Aqşinə, sənin üçün ölərəm, bilirsən, xahiş edirəm danış deyə dil tökdü boş yerə... İllərdi sevdiyi adam duyğusuz, sevgisiz biri ilə yer dəyişmişdi sanki. Ona yaxınlaşmağa çalışdıqca, beton divarlara çırpılırdı elə bil. Hər çırpılanda daha çox qanayırdı ürəyi...

P.S: Ardı var...


(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri