Bilirəm sevdiyin var...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 547
Səs ver:
(səs: 1)

Bilirəm sevdiyin var...Bəlkə də sevgilin var..Hər gün danışdığın, görüşdüyün biri var...Ya bəlkə sən də mənim kimi sevdiyinə uzaqdan baxırsan...Qarşılıqsız sevirsən bəlkə sən də kimisə...Amma bilirəm sən də sevirsən...Və məni sevmədiyini də bilirəm...Kimi sevirsən? Kim girməyi bacarıb mənim girə bilmədiyim qəlbinə? Kimi layiq bilmisən sevginə? Kim üçün axıdırsan gözyaşlarımı? Kimə görə bağlamısan qəlbinin qapısını? Çoxmu gözəldir? Kimə bənzəyir hə? Səni sevir? Çoxmu sevir? De bilim heç olmazsa...Sevdiyimin sevdiyini mən də tanıyım...De ki, ona sənə yaxşı baxsın..De ki, ona səni fikirli görsəm, hüzünlü görsəm ondan bilərəm...Mənim baxmağa qıymadığım gözlərini ağlatmasın...Mənim görməyə doymadığım gülüşünü öldürməsin...De ki, ona səni məndən də çox sevsin...Bacarar? Edə bilər bunu? Səni mənim qədər sevə bilər? Sənə mənim kimi uzaqdan baxa bilər? Sevə bilər səni ? Günlük yox, aylıq yox bir ömürlük sevə bilər səni? Mənim sənə baxdığım kimi baxa bilər sənə? O an gözləri mənim gözlərim kimi parlaya bilərmi? Qəlbi yerindən çıxacaqmış kimi döyünərmi? Amma razıyam mən...Kimi sevirsən sev..Yetər ki, xoşbəxt ol...Sevdiyinlə birlikdə... Sən xoşbəxt ol, inan onda mən də

xoşbəxt olacam...

 


(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri