Mən sevilmək istəyirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 030
Səs ver:
(səs: 4)
Mən də sevilmək istəyirəm, mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib hardasan deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzəndə məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, elə bir sevgi ilə ki, heç zaman məni atıb getməsin. Elə bir sevgi ilə ki, bu sevginin sonu olmasın. Elə bir sevgi ilə ki, qabağımızda heç bir maneə olmasın. Elə bir sevgi ilə ki, o sevgi ilə yaşayım, o sevgi ilə nəfəs alım və o sevgi ilə ürəyim döyünsün. Və elə bir sevgi ilə ki, bizi ölüm də ayırsa belə sevgimiz ruhlarımızda yaşasın. Axı mən də sevilmək istəyirəm... 
Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Heç nə yox, bir şey istəyirəm - mən də sevilmək istəyirəm...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 5 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri