Eşqim yadigar qalacaq sənə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 387
Səs ver:
(səs: 1)
 Ürəyim nə dedisə onu dinlədim mən. Kimi işarə etdisə ona yönəldim. İndi sən deyir də başqa bir şey demir. Qəflətən basdıran bir yağışa hazırlıqsız tutular ya insan, bax elə islatdı məni eşqin. Səni gözlədim mən. Ürəyimdəki həyəcanı, gözlərimdəki yaşılı, dodaqlarımdakı atəşi, əllərimdəki titrəməyi, kiçik toxunuşları sənə saxladım. 
        Nə sən məni bilərdin nə mən səni amma, bir yerlərdə idin və mütləq gələcəkdin. Və bir gün çıxdın qarşıma. Bax o gün sevdaya dair nə qədər buz varsa içimdə əridi getdi. Uşaq oldum yenidən. Səni tapmanın coşqusunu heç bitməyəcək bir enerjiylə yaşayıram. Səninlə yep yeni bir həyatın başladığını bilirəm. O həyatın içində imtina edilməz etdiyim tək şey sənsən.

        Bilərəm, bu mahnı qorxudar bəzən insanı. Nələr olur deyə soruşmadan bir duyğu selinin içində taparsan özünü. Amma onsuz da eşq elə bir şey deyilmi? Soruşsan planlarsansa onun adına eşq deyilərmi? Burax özünü burax ki eşqin sehri bürüsün səni. Özünü o bənzərsiz duyğuların fərahlığına burax. Tut əlimi birlikdə çıxaq bu səfərə. Sabahsız zamanların iki yolçusu olaq. Qayğısız tərəfindən yaşayaq eşqi, əriyək bir-birimizdə. Ürəklərimiz bir-birimiz üçün atsın, nəfəslərimiz bir-birinə qarışsan.

         Gedərsənsə... Gözümdəki son parıltını da  apararsan. Bir zemherenin ortasında titrəyərkən buraxarsan məni. Amma maraqlanma ayaqda qalaram mən. Səndən mənə yadigar qalan hər anını bir dəfə daha bir dəfə daha yaşayaram. Eşqim də məndən yadigar qalar sənə..


Mənbə/Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri