Unudulmamış eşq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 884
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1317202462-656.jpg


Dünən gecə yenə səni gördüm yuxumda. Bir yad kimi idin sanki. Yenə gözlərin dəydi ürəyimə. Amma saçların evvelki kimi deyildi.
Evvelki qədər gülərüz deyildi üzün. Səssiz gülüşlərin yox idi üzünün xətlərində. Hansı külək oğurladı təbəssümlərivi. Əsl yad idinmi anlaya bilmədim. Sarılmaq istədim qaçıb amma üzünə belə baxa bilmədim. Nə sən evvelki qədər çox sevirdin məni, nə də mən evvelki qədər cəsurdum. Önümdən keçib getdin eləcə. Yuxular tərsinəmi idi yoxsa gerçək idi bilmirəm. Həqiqətən indi qarşılaşsaq, indi görsən məni qaçıb sarılmazsanmı mənə. Həyat səni həqiqətən dəyişdirdimi, doğurdanda yadsanmi bilmirəm.Bir daha heç toxunmayacaqmı baxışların ürəyimə. Bir daha heç sevgi dolu baxa bilməyəcəksənmi. Sənə sinirlənirəm amma yəqin ki artıq məndə baxa bilməyəcəm gözlərinə sevgi dolu ilə.
Kim gunahkardı.? Gunahkar yox, eşdə gunahkar olmaz. Bir tərk edən bir də tərk edilən olar. Nə sən məni tərk etdin nə də mən səni. Adın hələ ürəyimdə rəqs edir. Gözlərini heç unutmadım. Heç unutmadım o gülərüz baxışlarını, bunu bil.Heç unutmadım üzünün parıltısını.
Səndən tək istediyim var,birdə qarşılaşsaq yad kimi çıxıb getmə yanımdan. Çünki mən getməyəcəyəm. Və bəlkə qışqırmasam da içimdən səni sevirəm deyəcəyəm.

Eyni indi kimi SƏNİ SEVİRƏM...!!!


http://imgs.su/tmp/1317202318-656.jpg
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri