Ehh...Yenə yağış yağır

Müəllif: Sedo
Şərhlər:
Baxılıb: 7012
Paylaş:
Səs ver:
(səs: 6)
Yağışın hər damlasında sənin simanı görürəm,bəzisində mənə gülümsəyir bəzisində mənə əsəbləsirsən…
Yağış damlalarının düşdüyü kiçik gölməçələrdəki dalğalarda sənin siman dalğalanır….
Yağış damcılarının qulağımda səsləndirdiyi musiqi səni canlandırır…
Yağışdan sonra gələn torpaq qoxusu səni xatırladır mənə…

Yağışı sevirəm səni mənə xatırlatdığı üçün…
Yağışa nifrət edirəm səni unutmağa qoymadığı üçün…

Bəs sən məni xatırlamırsan?Bəs nə tez unutdun o ilk həyəcanları?? Mən səni görəndə həyəcanlanırdım,adını eşidəndə həyəcanlanırdım..adını öz-özümə tələffüz edə bilmirdim,qorxurdum.Adını bir vərəqə tez-tez yazıb pozurdum…Adının yazılışına belə baxa bilmirdim…Səni sevməkdən qorxurdum,ama səni sevirdim axı…Adımı sənin səsində eşitmək məni həyəcanlandırırdı..Səsin bütün günü qulağımda səslənirdi…
İndi isə səni yadıma sala bilmirəm.
Bəs sən məni xatırlamırsan? Axı aradan kecen bu zaman erzində nə qədər yağış yağıb,ay insafsız??Bəs deyirdin "yağış bizim üçün yağır”..Bizi xatırlamırsan?
Niyə demədin axı?Niyə etiraf etmədin,mənə də etraf etməyə cesarət vermədin,axı hamı bilirdi bizim bir birimizə,öz ozümüzə etiraf etməyə qorxduğumuz hissləri..Hamı bilirdi..
Hamı səndən ehtiyat edirdi,məni müdafiə edirdin,danlayırdın,əsəbləşirdin,amma demirdin..Demədin də…
Elə səssiz-səmirsiz çıxıb getdin…məni yağışlarla baş başa qoyub getdin…

Həmişə pəncərənin arxasında oturub yağışa baxanda fikirləşirdim ki,nə vaxtsa ikimiz eyni pəncərənin arxasında oturub yağışa baxacağıq…Amma mən yenə də həmin pəncərənin arxasında tək oturub yağışa baxıram..Sən hardasan?Hansı pəncərənin arxasındasan?kiminləsən?.Bilmirəm...Yağışa baxanda mən yadına gəlirəmmi?.Bilmirəm…
Zalımsan…Məni kiçik bir səhvə görə belə ağır cəzalandırdın..Heç bir söz də soruşmadan getdin…Məni bu fikirlərlə,dü.üncələrlərlə və ömrümün axırına qədər yağan yağışlarla baş-başa qoyub getdin…

Yağışı sənə görə sevirdim...
Sənə görə də nifrət edirəm…

loading...
(səs: 6)
Şərhlər:
Baxılıb: 7012
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv