Əlaqəni canlandıracaq fikirlər

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 768
Səs ver:
(səs: 1)
Cinsi həyat əhəmiyyətli

Fərqli mövqelər sınamağa nə deyərsiniz? Əlaqənizin canlı və həyəcanlı olmasını istəyirsinizsə, nəfəsi yataq otağında ala bilərsiniz. İndiyə qədər sınamadığınız ya da sınağa çəkindiyiniz mövqeləri yoxlayın. Kişilər cinsəlikdə fərqlilik sevən qadınlardan xoşlanarlar.

Anın dadını çıxarın

Günün təlaşından və təkrarlanan işlərdən ona nə qədər zaman ayırdığınızı düşünün. Onunla bərabərkən televiziya seyr etmək yerinə söhbət edin və anın dadını çıxarın. Sonrakı ya da əvvəlki planlarınızı zehininizdən təmizləyin və yalnız "indi"yə adabta olun. Bunu etdikdə birlikdə zaman keçirməkdən zövq aldığınızı görəcəksiniz.

Bir az nostalji

Ona məktub yazmağa nə deyərsiniz. Köhnə bir üsul olsa da hələ çox romantik olduğunu qəbul edin. Ağılınızdan və zehininizdən keçənləri kağıza tökün və iş masasının üzərinə, yatağının içinə ya da kompüterinin üzərinə buraxın.

Xoşbəxtlik hədəfləri

Gələcək planlarınızı nəzərdən keçirin. Birlikdə nələr edə bilərsiniz? Gələcək planlarınızda eyni fikirdəsinizmi? Bu planlara çatmaq üçün nə qədər zaman lazımdır? Kimi suallar yönəldərək əlaqəniz haqqında daha detallı fikir sahibi olun. Daha sonra bu planları həyata keçirmək üçün birlikdə çalışın.

 


Fərqlilik hər vaxt yaxşıdır

Birlikdə fərqli bir şeylər edin. Məsələn yeni bir rəqs kursu ya da birlikdə edəcəyiniz bir idmanı təyin edin. Bu, həm daha çox yaxınlaşmaq, həm də onun haqqında daha çox şey öyrənmək üçün sizə yol göstərəcək.

Bol- bol öpüşün

Əlaqənizin ilk günlərində nə qədər həvəsli və həyəcanlı olduğunuzu düşünün. Onunla birlikdə olduğunuzda toxunmadan dayana bilmirdiniz deyilmi? Yaxşı ya indi nə dəyişdi? Onu mümkün olduğunca kiçik öpüşlərlə şişirdin. Bu əlaqənizin köhnə həyəcanını qazanmasını üçün kiçik amma təsirli bir üsuldur.

 


Fərqli iç paltarları

Sizi tam fərqli bir şəkildə görməsini təmin etsəniz, onun ürəyinin həyəcanla və istəklə atmasına səbəb ola bilərsiniz. Fərqli tərzdə iç paltarları yataq otağında böyük dəyişikliklər yaratdığı kimi, əlaqənizin də köhnəsi kimi kefli olmasını təmin edəcək. Sarımaları baş küncünüzə qoymağı unutmayın.

/Mənbə.Qadınlar.biz/ 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri