Sevmək qovuşmaqdır, sən heç narahat olma (3hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 805
Səs ver:
(səs: 2)
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!

Mucib olan Allah bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim buyurur. O, əlbəttə, bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün "xaric anlayışı yoxdur.”

Məcnun Leylasız öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs - bədənin istəyi, ruh Allahın sirridir, məkanı da Cənnət. Ruh istədiyini özünə cənnətə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri