İmtina edə bilmir insan...ürəyindən!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 422
Səs ver:
(səs: 1)
Bağışla...amma məni əvəz edə bilməyəcəksən!

Vurğunam Sənə.. Bir Məhkum Kimi
Yuxular haram bir zəhər kimi
Aşiqəm lakin həsrətin dəli
Əzəldən bəri...

Əllərim sürüşür saçlarımdan.. Elə bir qaranlıq ki bu baxdığım ulduzların işığı belə əks olunmur ruhuma. Gecənin zülmətindən sovrulub yerə bir-bir tökülür ulduzlar.. Hər düşən itirir işığını. Ən sonunda son ulduz da söndürür işıltısını..
Mən kiçik bir qız uşağı kimi hələ qorxuram qaranlıqdan.. Bir uzatsan əllərini qaranlığın içindən bir işıq versən mənə işıqlansa ciddiyə almasa gecəni..

Gecə belə almayacaq məni içinə bilirəm...



Neçə gündür üsyanım var həyata. Səssiz qışqırıqlarım gülümsəyən gözyaşlarım var. Küskünəm artıq küskünəm sevdaya da.. Sən... Sevdaların ən ürəklisini vermişdin mənə halbuki.. Xülyaların ən/ gerçəyini ümidlərin ən gözəlini gətirmişdin.. Səmanın rənginə rəngləmişdin bütün dünyamı.. Xülyalarla ümidlərlə birlikdə itib getdin əllərimin arasından.. Dünyamın bütün rənglərini də götürüb yanında çıxdın dünyamdan... Əllərim həyatın oyunlarına məğlub oldu.. İşıqlanmayan qaranlıqlar qaldı mənə səndən geriyə...

Möhürlədim səni ürəyimə
Güllələr işləməz ciyərimə..
Zəncirlədim səni ürəyimə
Açarları yox dənizlərdə...



Şeytan deyir ki tövbələr etməli
Uğrunda yüz dəfə min dəfə ölməli!!
Cəhənnəmdə belə zülmətsən də...
Bir səni sevməli...

Sən getdin ... Yoxluğunla dəyişdi sanki dünya. Nə xülyalar gerçək artıq nə də ümidlər var. Nə səma mavi artıq nə də dənizlər.. Sənsizliyimə toxunur bütün mahnı sözləri. Külək sənin əllərinlə toxunur saçlarıma. Yağış yoxluğunu yağdırır ruhuma..
Səhərlər olmur artıq.. Günəş xülyalarıma sən gəldiyində doğulur yalnız gecələrimə.

İçimdə böyük bir inadla yaşadıram səni. Mənim ürəyim də sənsən bəlkə də insan öz ürəyindən imtina edə bilmir...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri