Öyrət mənə səhfsiz sevgini...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 683
Səs ver:
(səs: 2)
http://imgs.su/tmp/1321539785-656.jpg

Heç gözləmədiyim anda gəldin həyatıma həmdə həyatımın tam mərkəzində yer elədin özünə. Hansı ki sən bu yaşıma qədər kimsənin döyməyə

cəsarət edə bilmədiyi qəlbimin gizli qapısını dəvətsiz bir qonaq kimi döydün. Əvvəlcə eşitməməzlikdən gəldim o döyüntünü, qaçmağa çalışdım,

amma olmadı... Sən o sadəliyinlə o qapını döyərkən sənə qarşı səssiz qala bilməzdim. Günü gündən bağlandım sənə. Hansıki həyatımda ən

qorxduğum şey sənə bağlanmaq idi, çünki bilirdim, əmin idim bir gün gedəcəyinə.
Sən tam başqa bir mövsümün çiçəyisən, mənsə son bahar. Qaçıb qurtulmağa çalışdıqca daha çox batıram bu girdaba. Yoxdurmu bir

qurtuluşum? Adı eşqdimi bu bağlantının? Xeyr, eşq olmamalıdır, mən həmişə eşqdən qaçdım. Məni belə qəfil gözləmədiyim anda tuta bilməz.

Əslində bilirsənmi,qəlbimin səndən əvvəlki qonağıda belə dəvətsiz gəlmişdi. Özlüyümdə qəlbimdəki qonağa hörmətsizlik etməmişdim amma


niyə bilmirəm gedərkən məni yandırıb getdi. İndilərdə ayaqda durmağa çalışdığımı düşünərkən indi də sən ? Yox, olmaz qəlbimə ikinci dəfə bu

acını yaşada bilmərəm. Bir dəfə düşdüm bu çuxura hələ də acısını çəkirəm, unutmağa çalışıram amma olmur. Kaş ki bilsəydim heç olmasa SƏN

sevgimə layiq olacagsan, razıyam səndən gələn hər kədərə, hər əzaba dözməyə, amma bilmirəm. Tək bildiyim odur ki, sən də gec ya da tez

məni tək qoyub gedəcəksən. Artıq tək qalmaq istəmirəm, xəyal qırıqlığına yuvarlanmaq istəmirəm artıq.
Bəli qorxdum sənə bağlanmaqdan və qorxduğum da başıma gəldi. Get, gec olmadan get, işin harasından dönsən xeyirdir, sənə daha çox

bağlanıb sevmədən get. Ürəyimə daş basıb dözərəm. Heç girmə qəlbimə, sakit, səssiz get. GETMƏYƏCƏKSƏNSƏDƏ ÖYRƏT MƏNƏ

 

http://imgs.su/tmp/1321540094-656.jpg

 

Öyrət mənə səhfsiz sevgini...


Keçmişə baxıram SƏNi görürəm,

Dağ vüqarın yenə qarşımda durub.
Həzinlik qəlbimə gətirsədə qəm,
Sanırdım yaddaşım səni unudub.

Taleyin qisməti rast saldı bizi,
Yolumuz hardasa qırılacagsa,
İtirəcəyiksə bir-birimizi.

Xatirəm yadında qalmayacagsa,

O illər mənimki olmayacagsa,
Sən ALLAH özünə öyrətmə məni
Hicran qorxusuyla göynətmə məni.

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri