Yastığımda qalmış qoxun...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 572
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1322326154-656.jpg


Artıq səbrim bitdi, saat isə gecə yarını göstərir. Nə qoxun burnumdan gedir, nə də öpüşün yanağımdan. Bir gülüşün,bir qəhqəhən uzaq olsanda, xəyalımda məhbusa dönüb. Radionun musiqisi bir atəş kimi yararkən ürəyimi, şüşədən girən hava buz etdi gözlərimin dənəsini. Küləklə musiqi ancaq sarıla bilərdi sənə həsr etdiyim musiqləri pıçıldamaq üçün..

Avtobus dayanacağı, sürücü doldurub boşaldır insanları; kimi qovuşma, kimi qaçma həyəcanındadı. Amma hamısı narahat, hamısının gözlərindəki yaş axmağa meyillidir. Kimi həsrətini gözləyir, kimi həsrətə gedir. Kimiləri müşahidə edir gələnləri, gözlərindən axır yuxuları və sevgiləri. Hər gələn avtobusa maraqla baxırlar, kimi hardan gəldiyinə, kimi şəhərin adına. Qovuşmalar gecikdikcə əzab dolu üzlərdə artırdı. Onların dərdi isə siqaret çəkməklərindən bilinirdi...

Və gecə və mən... Bizdə günəşlərimizi gözləyirik, səhərin açılmağına beş saat qalıb qaranlığın qucağında. Saatın dəqiqə əqrəbini irəlilətməyə çalışıram. Amma at deyil əlbəttəki dəqiqə əqrəbləridir, üzərində oturanları ancaq qocaldır dayanmadan. Nə bir dəqiqə irəliləyir, nə də bir saat geri qalır; kefi gələndə ancaq bir nəfəslik gedir...

Daha sonra avtomobildə gözləyə bilməyib çölə çıxıram. Bir neçə addım atıram, "dolu küçələrdə" . Gözüm hər yaxınlaşan işıqda, ayaqlarımı isə yerəmi basıram, yoxsa boşluqdamı gedirəm bilmirəm. Gedənlərə baxıram; boynunu büküb gedənlərə. Bəzən deyirəm, gecələr yuxum qaçanda, yatağımda narahat uzananda, gəlib avtobus dayanacağına özünə mənəvi dayaq tapmayanlara əl tutacağam. Heç tanımadıqlarıma əl tutsam, bir daha görə bilməyəcəklərimin üzlərində sevinc olaydım kaş...

Nə qədər zaman keçdi, necə keçdi bilmirəm,yarım qarşımda durdu. Mən; gözüm, qulağım, əlim, ayağım, ağlım, səbrim. Olmayan səbrim. Hamımız yar olduq, yara sarıldıq. Onun qollarında təkrar canlandıq...

Bu yuxu, bu sarılma anları real oldu, yoxsa qovuşduğumuz gecənin səhərində yoxa çıxdın bilmirəm, amma oyandıqda bir qoxun qalmışdı yastığımda, birdə bir neçə tel saçın. Bir müddət zamanı itirdim, lakin bir "alo"na bağlıdı zaman yarpaqlarım. İndilərdə səsin hər nə qədər telefondan gəlsə də, evimin hər yerində sənə rast gəlməkdəyəm...


Əziz userlər sevdiklərinizi nə ilə xatırlayırsız?

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri