Mənə arzulamağı öyrədin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 293
Səs ver:
(səs: 7)

Mənə arzulamağı öyrədin, bəlkə qorxularım ölə.
Mənim arzularım da balaca əsgərlər kimi öldü bu həyat davalarında, yerinə qorxularım var ölmüş üsyançı kimi.

Mənə arzulamağı öyrədin...

Payızdan bizi tərk edənlərin qoxusu gəlir...

Mənə arzulamağı öyrədin...


Boş küçələrdə itmək ağrısı doğulur ruhumda.

 
Mənə arzulamağı öyrədin...

Pozitiv düşünüm deyirəm, mütləq bir gün daha yaxşı, daha yaxşı olacaq... Ama düzəlmir, düzələnə də oxşamır

 
Mənə arzulamağı öyrədin...

Hamı özünə aid olan işə qarışsaydı, dünya yaşamaq üçün daha gözəl yer olardı.

 
Mənə arzulamağı öyrədin...


Ən pis agrılar kəllə beyin ağrıları
Ən pis susqunluq, ürəyin susması
Ən pis nəfəs,sonuncu sinəni tərk eləmiyən səs.
Ən güclü hiss məhv olmaq, əzizini görməmək hissidi.

 
Mənə arzulamağı öyrədin...

Bir günün sonuna gəldik və yeni günə başladıq... Bəs siz keçən günü son gününüz kimi yaşaya bildiniz?


 
Mənə arzulamağı öyrədin...

Əlini öz ovcunda gizlətdi Adam... Əllərin də balacadı, özün kimi dedi və güldü...
Mənim əllərim balaca deyil, səninkilər çox böyükdü dedi qız.. Adam güldü...

Mənə arzulamağı öyrədin...


İndi unutmaq istədiyim hər şey, bir zamanlar xoşbəxtlikdən öldürəcəkdi məni...

Mənə arzulamağı öyrədin...


Qışqırıb çığırıb dağıdıb getdisə qorxma...
Səssiz getdisə qorx geri dönməz birdə o qadın...


Mənə arzulamağı öyrədin...


Nə sevəni sevə bildik, nə də sevdiyimizə özümüzü sevdirə bildik. Ya sevməyi bilmədik, ya da həddindən artıq sevdik. Ya da layiq olmayanı seçdik...

Mənə arzulamağı öyrədin...

Kimə nə qədər çox yaxşılıq edərsən et,
O sənin həmişə yaxşılıq məqsədiylə etdiyin
pislikdən danışacaq... Bax Belə...


Mənə arzulamağı öyrədin...

Çünki bakirəliyini həyat yoldaşına saxlayan əksəriyyət qadınların dodaqları onlarla kişidən hamilə...

Mənə arzulamağı öyrədin...

Mən hər şeyi başa düşürəm sadəcə hər kəsi yola verirəm.. Çünki hər kəsə hər şeyi desəm çoxları özünə qəsd edər..


Mənə arzulamağı öyrədin...


Əvvəl insanlara yaxşı davranırdım, indi isə qarşılıqlı...


Mənə arzulamağı öyrədin...

İnsan yaşadıqca anlayır ki, öz qayığını özün çәkmәsәn heç bir yerә gedә bilmәzsәn...

Mənə arzulamağı öyrədin...


Özünüzü çox böyük, məğlubedilməz, hər şeyə qadir görürsünüzsə, deməli işığa çox yaxın dayanmısınız. Gördüyünüz isə sadəcə sizin kölgənizdir...


Mənə arzulamağı öyrədin...


Nə üzlü insanları anladım, nə də üzsüzləri...


Mənə arzulamağı öyrədin...


Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür... Başa düşən düşdü ;)

Mənə arzulamağı öyrədin...


Bizi qoruyanların əslində bizi vuranlar olduğunu bilmirsiz, bilməyəcəylər...


Mənə arzulamağı öyrədin...

Yoxsan sən
Bu şəhərin kədərisən
Mənsiz haralara getmisən?
Nəfəsə gücüm yoxdu


Mənə arzulamağı öyrədin...


Yağış yağanda bütün hisslərimiz saflaşır. Bəlkədə hər kəs içindəki, kiçik və ən saf körpə olur. Damlalar və külək üzə dəydikcə uçur için. Dərin nəfəs və səssiz küçələrdəki, tanrının ən kiçik izlərinin dalınca qaçır insan.


Mənə arzulamağı öyrədin...

Biri olmaq lazım, ən azından biri üçün...


Mənə arzulamağı öyrədin...

Hər günahın yükü üzərimə tonla yağar belə dar bu dünyalarda
Mənim sol mələyim qəddar sətirimə heyran olacaq mı görən..?

Mənə arzulamağı öyrədin...

Yorğun, vecsiz, bir-birinin ayağının altını qazan insanlar yığınıdı Bakı...

(səs: 7)
Şərhlər: 9
Baxılıb: 2 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri