"Simyacı", "Portobello cadugəri", "Ürəyinin götürdüyü yerə get",
"Elif" kimi kitabların sahibi dünyaca məşhur Braziliyalı yazıçı Paulo
Coelho'dan sitatlar:* Budağında şübhə etdiyin ağacın, kölgəsində
dicəlməyəcəksən!
* Biz insanların iki problemi var? Birincisi nə vaxt başlamaq lazım olduğunu, ikincisi isə nə vaxt dayanacağını bilməmək.
* Bu gün cəsarət etmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən.
* Qadın psixologiyası üzərinə 35 il oxumağıma baxmayaraq, bir suala cavab tapa bilmədim. Bu qadınlar həqiqətən nə istəyir...
* Həyatımızdakı ən əhəmiyyətli şeylərin bir anda yox olub getdiyini
görmənin ağrısından neçəmiz qurtulacaq? Yalnız bizim üçün çox
əhəmiyyətli olan insanlardan deyil,düşüncələrimiz və xəyallarımızdan
danışıramm. Bir gün, bir həftə, bir neçə il daha dözə bilərik, amma
əvvəl axır itirməyə məcburuq. Bədənimiz sağ qalar, amma ruhumuz gec-tez
ölümcül zərbəni alacaqdır... Ən qüsursuz cinayət budur. Həyata
sevincimizi kimlərin öldürdüyünü, bunu hansı məqsədlə etdiklərini,
günahkarların harada olacağını bilmirik.
* Bəzən insanlar qəbahətli olduqlarını qəbul etdikləri üçün deyil, yalnız qarşıdakı sussun deyə üzr istəyərlər.
* Doğulduğumuz andan ölənə qədər həyatımız davamlı bir səfərdir.
Mənzərə dəyişir, insanlar dəyişir, ehtiyaclar dəyişir amma qatar həmişə
irəli gedər. Həyat bir qatardır. Qatar stansiyası deyil.
* Gözəl qadınlar eşqlə axmaqllaşır. Amma həm ağıllı, həm gözəl qadınlar,aşiqkən də ağıllıdır. Bax buna görə həmişə tək qalar.
* Alçaltmaq səhvdir, çünki axmaqlıq bir qüsurdur, amma elələri var ki axmaqlığı qüsursuzdur.
* İnsan fürsətlərin gəlməsini gözləyər, fürsətlər də insanın
gəlməsini. Fürsətlər gözləyər, insanlar gözləyər. Qazanan həmişə bəhanə
olar.
* Bir uşağın bir yetkinə hər zaman öyrədə biləcəyi üç şey var:
Səbəbsiz yerə xoşbəxt olmaq, hər zaman məşğul ola biləcək bir şey tapmaq
və əldə etmək istədiyi şeyə var gücü ilə çalışmaq.
* Bir şey bir insanın başına bir dəfə gəlirsə, ikincisi olmaz amma
iki dəfə gəlmişsə mütləq üçüncüsü də olacaq. * Cəsur ol. Risk al.Heç bir
şey təcrübənin yerini tuta bilməz.
* Gözləmək acı vericidir.Unutmaq da elə... Amma hansını seçəcəyini bilməmək ağrıların ən pisidir.
* Həyatdakı ən qeyri-adi şeylər əslində ən sadə görünənlərdir.
* Əgər birini sevirsinizsə, onu azad buraxmağa hazırlıqlı olmalısınız.
* Həyatın hər anında bir ayağımız bir pəri nağılının içində, digəri də uçurumun kənarındadır.