Hər gülən üz xoşbəxtlik ifadəsi deyil...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 487
Səs ver:
(səs: 3)
İndi bu dəqiqələr də səninlə başbaşa qalmaq üçün nələri fəda edərdim bir bilsən..Bilsən utanıb geri dönəcəyinə inanıram.
Bunu quru bir ədəbiyyat cümləsi kimi sayma...

Getmək unutmaq demək deyil.."Deyilmi..?"
Bunu səndə çox yaxşı bilirsən..
Ağlım da gözlərin varkən, buna getməkmi deyirsən..?

Artıq qadınlarımız eşqdən sevgidən, xoşbəxt ailə modelindən əllərini üzmüşlər.Özlərini insan kimi hiss etdirəcək, onlara zərər vermiyəcək, onlara təcavüz etməyəcək, qısa evlilik müddətindən sonra onları çölə atmayacaq, nələrinə görəsə yox sırf insan olduqlarına görə hörmət edəcək birilərini axtarıllar.Təəsüfki bu şərtlər bizim ölkə üçün qeyri müşkül məsələdi...

Bir qadını pulun ilə özünə cəlb edirsənsə, bu sənin güclü olmağından deyil,
Həmin qadının "satılıq" olduğundan irəli gəlir..
Bir gün daha çox qiymət verən olsa , ona sahib olar...

Komandiri qoyun olan aslan ordusundan qorxmaram... Mən yalnız komandiri aslan olan qoyun ordusundan qorxaram!!!
 
Heç kim sizi olduğunuz kimi qəbul etməyə yanaşmayacaq.
Buna görə də doğru bildiyiniz formada yaşayın...
 
İnqilabı fikirləşən dahilər, həyata keçirən fanatlar, qazananlarsa əclaflar olur...

İnsanlıqdan çıxmış, beyni və qəlbi mexanikləşmiş adamlara təslim olmayın. Siz nə maşın nə də qoyunsunuz!
Sizlər insansınız...

Küçə lampaları çox yalnızdır, birdə küçə lampalarına baxan yalnızlar...

Nifrət etdiyim bir şey daha varsa, o da insanların özünüzü bərbad hiss etdiyinizi bildikləri halda, sevinclə xətrinizi soruşub, "yaxşıyam" demənizi gözləmələridir...

Hər şeyin bir qiymətı, hər insanın bir dəyəri vardır..
 Qiyməti olmayan əşyaya zibil, Dəyəri olmayan insana; "gedərkən qapını ört" deyərlər...

Çirkli bir uşaq üzüyəm qapında.. amma dünyanın ən təmiz gözləriylə baxıram sənə! Şəkər deyil istədiyim, ürəyini qoy ovuclarıma...

Məni kənardan mühakimə edənlərə deyəcək heç bir sözüm yoxdur. Onsuzda kənarda qalmalari onlara bir cəzadır...


"Olmaz" dediyin hər nə varsa hamısı olur...
Yıxılmaram deyərsən yıxılarsan... Təəcüblənmərəm deyərsən təəcüblənərsən... Ölürəm deyərsən amma yenə də yaşayarsan...

Bəziləri "Yıxılanın dostu olmaz" deyirlər. Sanki ayaqda olanların dostları çox imiş...

Beldən aşağı eşq bədənin eşqidir,
Beldən yuxarı isə ruhun...

Əslində dayanmadan təbəssüm edənlər, içdən içə acı çəkənlərdir. Unutma, hər gülən üz xoşbəxtlik ifadəsi deyil...

Yaxşılar məğlub olurlar. Yaxşılar həmişə məğlub olurlar. Çünki, yaxşılar ədalətlə döyüşürlər...

Vicdan, güclüləri qorxutmaq üçün düşünülmüş, qorxaqların istifadə etdiyi sözdən başqa bir şey deyil...

Bilməlisən ki... Divarda asılı diplomlar insanı insan etməyə yetmir...
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri