Səni düşündükcə yoruluram desəm,dünyanın ən böyük yalanı olar...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 711
Səs ver:
(səs: 0)

Bir dilin söyləyə biləcəyi bütün gözəl sözləri desəm də sənə,yenə sənə olan sevgimi göstərməyə yetməz...Həmişə əlçatmaz oldun....toxunmaq,hiss etmək və doyasıya yaşamaq istədim səni,amma mənə qalan yalnızlıq oldu...Payıma düşən hər şeyi ertələdim,amma heç vaxt unuda bilmədiyim birşey vardı...SƏNƏ bənzəyirdi...Gediləcək bir yer olsan,sonun olardı...Sonu olmayan biri idin...

Yuxuda görüləcək bir xəyal olsan oyanardım...Məni yuxumdan oyatmayan biri idin...Düşün ki,bir dağdan enirik,əl-ələ...Və dünyada sadəcə ikimizə aid bir mahnı var...Və durmadan onu oxuyuruq...SƏN də bunun kimi unudulmayacaq bir hissən...Səni düşündükcə yoruluram desəm...Dünyanın ən böyük yalanı olar...Bugündən sabaha nə qalar bilmirəm amma,tək bildiyim SƏNİN hər zaman mənim dünyamda yerinin dəyişməz olaraq qalmasıdır...

Mənə həmişə özümü xatırladan biri idin sən...Həm uzağımda,həm yaxınımda,həm də özləmimdəsən...Amma bugün deyil sabah kim biri idin sən...Gecənin qaranlığında azacıq parıltısı olan bir işıq belə olsan,yenə istəyirəm səni...Bugün hər ölümlə biraz da ölərkən,səni düşündükcə yenidən həyata dönürəm...Küncə sıxılmış,əldə edə bilmədikləri ilə fəsilləri fəsillərə dəyişən biri yox,4 fəsli səninlə doyasıya yaşamaq istəyən biri olmaq istərdim...

Və bu da son...Artıq gedirəm...Kim nə deyir desin qayıtmağa niyyətim yoxdu...Bir boşluğun ortasında belə qalsam tək-tənha yenə söyləyəcəyim son söz "SƏNİ SEVİRƏM" olacaq,,,bunu unutma...Bir tək mənim içimdə yaşasa da bu sevgi sevirəm səni...ilk və son...Fırtınalı dənizin ən sakit bir limanısan sən...Və...O limanın son yolçusu MƏN...Sənsizliyi unutduracaq bir yer tapmaq ümidi ilə...Əlvida..."SON SEVGİM"

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri