Ağappaq bir səhifə açıram yeni bir günə başlayarkən,
biz yoxuq artıq o ayrılıq günün axşamında əvvəlki səhifələrə qarışdıq
saralmış bir dəftərin vərəqlərində qaldı bizli günlərimiz...
Artıq çox geridə qaldı bizli günlərimiz, düşünməki sadəcə bir neçə
saat keçib üstündən...
Mənim üçün zaman deyil, söylənilmiş sözlər daha önəmlidir...
Vaxt gələcək peşman olacaqsan, anlayacaqsan amma
çox gec olacaq...
Anlayacaqsan ki, səni əsl sevgiylə sevən birini, sənə dəyər verən və
sənə hörmət edən birini sən qiymətləndirə bilmədin...
Sənin sevgi anlayışın başqa idi, nələrsə tələb edirdin qarşılıq görmədiyin
üçün getdin biz yox olduq..
Sənin tələblərini yerinə yetirənlər bir gün səni də tək qoyacaqlar
anlayacaqsan ki, sevməyiblər sadəcə onlar da sənin kimi
tələblərinə görə sevgi sözünü ucuzlaşdırıblar, özləri kimi...
Sənə nifrət bəsləmirəm... Əksinə minnətdaram çox sağ ol ki,
həyatımdan tez çıxdın, yalnız qaldım və sevgidən daha dəyərli, daha gözəl
şeylərin həyatda var olduğunu gördüm...
Səni sonsuzluğa yola saldım, sevgimi torpağa basdırdım...
Baş daşına güllər əkdim...
Əgər açsalar günahlarını örtsün məkanın "Cənnət" olsun deyə...