Elə birini sev ki, çünkisi olmasın !

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 625
Səs ver:
(səs: 0)
alt

Elə birini sevin ki, "Çünki" siz, olsun. Yağışda
göyqurşağınız, baharda sevdanız, yoxluğunda varlığınız,
gözyaşınızda inciniz olsun.
Elə birinə tutulun ki, axtarmaq üçün uzaqlara getməyəcəyiniz
qədər sizin olsun. Nə vaxt eşqdənsöz düşsə ürəyiniz onun üçün gumbuldasın=). Gün onunla
başlasın. Gözlərin yuxudan oyandığında ağılınıza ilk gələn,
"Sevgilim, Canım" deyə fikirləşdiyiniz olsun. Gün yenə onunla bitsin, yatarkən və "Səni
sevirəm"
dediyiniz o olsun.
O varkən
"Ümidsizlik" köçünü yığıb getsin. Onunla
çətinliklər asan olsun. Və o varsa hər şey var olsun.
Elə birinə ürəkdən sarılın ki, aranızdan külək də
keçə bilməsin, qiyamətin ayaq səslərini eşitsəniz belə o varsa
yanınızda vecinizə olmasın..
Elə birinin olun ki, o ürəyinizdən çıxarsa əgər ruhunuz
bədəninizdən söküləcəkmiş olsun. "Səni sevirəm"
deyə bilmədiyiniz zamanda gözləriniz, ciyəriniz, ruhunuz sevginizi
söyləyib dayansın.
Elə birinə bağlanın ki, ürəyinizin addımları onun adına
getsin. İçinizdən keçən mahnı o olsun və .... 'İçimdən
keçən mahnı getdiyində nə edərəm mən! " deyə biləsiniz.
Elə birinə könül verin ki, könlünüz onun ardından qaçsın,
qarşısında heç bir mane olmasın..
Elə birinə Aşiq olun ki, çobanyastığı ləçəklərində yoxladığınız
"Sevir, sevmir” lərə gərək qalmasın onun da sizi sevdiyi
biri olsun.
Elə birinə vurulun ki, səmimi halda deyə biləsiniz "Mən səni səbəbsiz, çünküsüz
sevirəm."

Adının keçmədiyi sözü dinləmirəm. ....
Səni elə çox sevirəm ki bir-birimizi bağlayan
iplər görülməyəcək. Canımı da, yolumu da, könlümü də yoluna
döşədim. Bitdiyim gün ürəyimdən çıxdığın gündür. Canım mənim,
mən sənin mənə çətin gələn tərəflərini də sevirəm, hər şeyinlə
Mən səni sevdiyim yerdəyəm, hər yerdəyəm.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 625
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri