Ömrümün beşinci fəsli (özəl)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 227
Səs ver:
(səs: 5)
Ömrümün beşinci fəsli...

Sənə Günəşimmi deyim?!
Səhərlər dünyanı əvəz olunmaz nuruyla işığa qərq edər Günəş... Hər kəs onu doğarkən görəndə gülümsəyər... Təbəssüm edər... Bir-birlərinə gününüz aydın deyər. Amma di gəl ki, zamanı gələndə o da axşamlar qüruba enər... İnsanlarla vidalaşır... Yenidən dünya üzərində qaranlıq çökər...
Yox, sən ancaq günəşim deyilsən, çünki sən səhərlər yuxudan duranda nurunla düşüncələrimi işıqlandırıb məndə təbəssüm yaratdığın kimi gecələr də bu təbəssümü tamamlayırsan... Sən mənim alternativ Günəşimsən...

Sənə Baharımmı deyim?!
Bahar gələr, ağaclar-çiçəklər açar, təbiət yaşıllaşar, canlanar.... Sonra, sonra isə yenidən... yenidən bu çiçəklər yoxa çıxar... Oysa sənin ruhuma gəlişin ağaclar yarpaqlarını saraldıb tökəndə belə, çiçəklər solub torpağa qovuşanda belə, mənim qəlbimdə çiçəklər açdırar, könlümdə təravətlilik yaradar, damarımda qanımı canlandırar... Sən mənim sadəcə Baharım deyilsən....

Sənə Qızmar Yayımmı deyim?!
Yay gələr... Yer-göy istidən yanar... Meyvələr yetişər... Bolluq olar... Sən isə, sən isə qışın oğlan çağında, ayazın qılınc kimi kəsən anında belə, bir hənirtin buzlarımı əridər, ömrümün qarlarını suya çevirər... Səninlə sevincim, təbəssümlərim bol olar... Sən mənim bircə Qızmar Yayım deyilsən...

Sənə Payızımmı deyim...?!
Payızda hər yer sarıya boyanar, xəzanlar olar...! Sən mənim ruhumdakı mənfi düşüncələri xəzan elədin... Sən mənim düşüncələrimdəki pis qoxulu kol-kosların xəzanını gətirdin...! Payızda yağışlar yağar, payızda yer göy yuyunar...! Sən mənim payız yağışlarında Ruhumun Göy Qurşağını yaratdın..! Sən mənim yalnız xəzanlı, yağmurlu Payızım deyilsən!

Sənə Qarlı Qışımmı deyim...?!
Qış gələndə havalar soyuyar, çaylar sular donar, təbiət ağ don geyər...! Oysa səninlə mən baharda da, yayda da, payızda da, bəyazlar içindəyəm... ləkəsiz, ağappaq bir həyat içindəyəm... sən mənim təkcə ağ qarlı, soyuq bir Qışım da deyilsən..?!

Sən Ömrümün Beşinci Fəslisən..
Bu fəsildə ciggilti vurub sevincək uçan qaranquşlar hər zaman vardır, bu fəsildə rəngarəng, gözəl ətirli güllər hər zaman vardır, bu fəsildə güllərdən ilham alıb cəh-cəhlə nəğmələr oxuyan bülbüllər əkshik olmur, bu fəsildə çaylar donmur, bu fəsildə yağışlar ancaq valehedici əzəmətli göyqurşağı yaratmaq üçün yağar, bu fəsildə qar şıltaq balacaların bir birlərinə qar topu düzəldib atması, deyib, gülüb əylənməsi sevinc qığıltılarını aləmə yayması üçün yağar, bu fəsilin sona yetmə təhlükəsi yoxdur..! Zaman yoxdur, bir gün bitər deyə dəqiqələr, saatlar, günlər aylar, illər yoxdur...! Bu fəsildə əbədilik vardır..!

Ömrümün beşinci fəsli!
Sağ ol ki, varsan..! Sağ ol ki, ömrümə gəldin...!

(MG)
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri