Yalniz senedir bu hesretim....!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 853
Səs ver:
(səs: 1)

 

Uzaqda olmağın məni susdurmamalıdır və susdura da bilməz çünki səni ağlımdan çıxarda bilmirəm... Gözlərimi yumsamda, səni dilimdə anmasamda həm ağlımda həmdə ürəyimdəsən. Gecələr qədər sakit, musiqi kimi həzn, sevgim qədər safsan mənim üçün....
Bizə bir gün sual versələr ki, günahınız nədir deyərəm sevmək, bəlkə düz demirəm? bir-birimizi necə var elə sevdik. Sevib ayrılsaqda amma əslində biz heç ayrılmadıq.... çünki biz iki bədən də yaşayan bir qəlbik, bir qəlb iki hissəyə heç bölünə bilərmi ?Sənə elə həsrətəm ruhən, qəlbən… yanağımdan süzülən yaşları yastığım qucaqlayır senin yerinə...
Necə də yalnızam nə qədər də yerin bilinir sevgilim. Nə vaxt qar yağırsa bilirəm ki, o qar dənələrinin içində sənlə mən varam.. səni sevməkdən,heç utanmıram! Sənə sevgimi etiraf etrməkdən də utanmıram! Sən son baharım ol... sevmək istəyirəm, bütün dünya qısqanmalıdılr sevgimi ya da sevincimə onlarda sevinməlidir..…

Əllərimdə qoxun qalmış ……sənə səslənirəm sənedir bütün bu sözlər, sənədir bütün bu duyğular Səni əbədi dünyada da, görməyəcəyimdən qorxuram, qorxularımla bərabər çox yorğunam..Gezdiyimiz yerler üçün darıxıram, hansı ki sevgimizi o yerlerde etiraf etmişdik bir-birimizə. Birdə çox sevdiyim dəniz üçün...

Bu gün çox rahatam, elə rahatam ki dildə ifadə edə bilməyəcəyim qədər.....Xəbər gəldi ki, sən də ən az mənim qədər mənim kimi mənə həsrətsən və məni əvvəlki tək sevirsən....Bilirəm dedim axı biz ayrı bədən də bir "qəlb" ik sən nə yaşasan mən hiss edirəm, mənim nə yaşadıqlarımı da ,sən hiss edirsən.....Bizim sevgidə məsafə yoxdur. Yollar belə bizim sevgimizə mane ola bilmir. Bir mahnımız var, xatırladın? Bax, o musiqi və biz. Biz sevgidə olan sərhədləri bildik hər şeyin yerini bildik. Cismlərimizdən çox ruhumuz bir oldu. Sevgimizi özümüzdə, könlümüzdə saxladıq...Heç bitməyən bir musiqi kimi…… Canım, bu yazıları göz yaşlarımla yazdım indi isə bu yazıları dənizə atıram ki, oxuyub tez gələsən... Sahildə səni sevgimlə, ruhumla, arzumla gözləyəcəm sevgilim.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 853
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri