Gül yarpaqlı dodaqların tikan olardı dilimdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 764
Səs ver:
(səs: 0)
alt

Əllərin uzun bir gecə idi
Əzik və qaranlıq idi təklik
Danışsaq dağılacaqdı bəlkə
Bir çöküntü idi sis və ayrılıq.

İçimizdəki isti otaqlarda xoşbəxtliyi paylaşmaq uğruna göz yaşlarımıza ağrılarımızı qucaqlayıb sarmaladıq illərcə.
Buludların altında dayanmadan gedən bir qatarın eyni yolçularıydıq.
Uzaq o stansiyanın mismarları sökülmüşdü relslərindən.
Və o qatarın arxasından dayanmadan qaçan uşaqlar kimi keçirdik həyatımızı.

Səhərin olmasını heç istəmədiyimiz yuxularda, əllərin uzun bir gecə idi.
Soyuq və qaranlıq gecələr kimi idi təklik.
Danışsaq, dağılacaqdı dərdlərimiz.
Sislər kimi çökdü üzərimizə ayrılıq.
Susqun bir kədərə sarılmışdı ürəyimiz.

Xain olacaqsa bu günüm, sevinci sabahda yaşayaram..
Sızlayar hərdənbir içim, vəfasızlıqlara söyərəm.
Bəzən yağışam mən, dolu dolu yağaram, bəzən ələ ovuca sığmaz, mövsümlərə nisbət edərcəsinə vaxtsız yağaram.

Bilirəm, sərhədsizliyin bir sərhədi vardır.
Gözləyişlərimin heç biri beş para etməz.
Gözbəbəklərimi ağrıdan gecələrdə, dənizin ürəyinə enməyi arzulayan bir sevda yolçusuyam mən.
Əks-sədamın sıfır nöqtəsində itirdim siluetimi.
Hesabsız duruşlarla istehlak etdim gəncliyimi.
Küləyə sovurdum, itirdim mərhəmətsiz geri çevril biletimi.

Əllərin çox uzun bir gecə idi və indi gündüzlərə döndüm üzümü.
Qaranlıqların tortasına, keçən illərin əks-sədasına bağladım qapımı.
Yoxluğunu falçı qaraçılarla paylaşardım.
Gül yarpaqlı dodaqların tikan olardı dilimdə.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri