Bunun adı ayrılıqdır dostum..

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 473
Səs ver:
(səs: 7)
Tam sinənin ortasında bir yerin ağrayacaq..
Evinin səni içinə sığışdırmayacaq qədər dar olduğunu anlayacaqsan..
Küçəyə qaçacaqsan..
Küçələr də sənə dar gələcək..
Eyni vücudunun ürəyinə dar gəldiyi kimi..
Nə dənizin maviliyi açacaq içini, nə də göyün parıltısı..
Özünü daşıya bilməyəcək qədər böyüyəcək, bir yandan da yox olacaq qədər kiçiləcəksən..
Bəziləri sənə bir şeylər başa salmağa çalışacaq dayanmadan..
"Əsas can sağlığıdır"..
"Yaşamaq gözəldir"..
"Boş ver hər şey unudulur"..
Sən onların heç birini eşitməyəcəksən..
Göz yaşlarından ətrafını görməyəcəksən..
Ona ölməsini istəyəcək qədər nifrət edib, sonra da qollarında ölmək istəyəcək qədər sevəcəksən onu..
Hər zaman onun haqqında danışmaq istəyəcəksən..
"Ölümə çarə tapıldı" ya da "sabah qiyamət qopacaq" desələr dönüb "nə dedin" deyə heç soruşmayacaqsan da..
Səhər durmaq istəməyəcəksən..
Ya da durub insanlara qarışmaq istəyəcəksən yox olmaq üçün..
Heç biri olmayacaq..
Keçmişi ndüşünəcəksən dəqiqə bə dəqiqə ama pis hadisələrin üstündən keçib..
Onunla keçdiyin yerlərdən keçmək istəyəcəksən..
Getdiyiniz yerlərə getmək..
Bunun sənə xeyri olmayacaq..
Ama yenə də edəcəksən..
Bir nəfər sənə içindəki ağrını söküb ata biləcəyini desə.. qaçacaqsan..
Əslində qurtulmaq istəyə - istəyə yenə də ağrımağı seçəcəksən..

Sənə bunu deyənlərə nifrət edəcəksən..
Hamını ona oxşadım, heçkimi onun yerinə qoymayacaqsan..
Heçnə başını qatmayacaq sənin..
Hərdən dərmanlar..
Hərdən pəncərə..
Sanki bütün mahnılar sizin üçün yazılıb deyə düşünəcəksən..
Dinləməyəcəksən o mahnıları..
Yatmaq çətin oyanmaq asan olacaq..
Yuxular görəcəksən həyata keçməsini istədiyin..
Telefonun zəngini gözləyəcəksən.. zəng etməyəcəyini bilə-bilə..
Zəng edənlərlə kövrək danışacaqsan..
Bir daha sevməməyə and içəcəksən..
Səsini eşitməyi çox istəyəcəksən..
Dəfələrlə zəng etdiyi günlərin qədrini bilmədiyin üçün özünü danlayacaqsan..
Yaşadığın yeri tərk etmək istəyəcəksən.. Ona aid heç nəyin olmadığı yerlərə..
Ancaq bir ümüd.. Onunla bir gün yenidən qarşılaşma ümüdü..
Bir ümüd səni qoymayacaq getməyə..
Getgəllər arasında yaşayacaqsan..
Buna yaşamaq demək olarsa..

Bunun adı Ayrılıqdır dostum..
(səs: 7)
Şərhlər: 3
Baxılıb: 2 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri