Hamımız aşiq ola bilərik, amma hamımız gerçək bir eşqlə sevə bilirikmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 588
Səs ver:
(səs: 0)
alt


Hamımız aşiq ola bilərik, amma hamımız gerçək bir eşqlə sevə bilirikmi?

Sevgi sadəcə sevib-sevilmək deyil. Sevdiyimizi həyatımızın bir parçası edib varlığımızı onun varlığı ilə, xoşbəxtliyimizi, sevincimizi onun xoşbəxtliyi və sevinciylə bölməkdir.

Neçəmiz sevdiyimizin həyatının bir parçası olub və onu həyatımızın bir parçası edib bütün varlığımızı onun varlığıyla ölçə bilən bir eşqlə aşiq oluruq? Təəssüf ki, çox azımız...

Hər kəs sevgiyə müxtəlif prizmalardan baxır, mənə görə sevgi qəlbdə başlar və bütün vücudunda yaşayar. Sevdiyimizi sadəcə qadın kimi yox, daha dəyərli görmək lazımdır. Hər hansısa qadının boşluğunu doldurmaq olar, amma sevdiyimizin boşluğunu doldura biləcək heç kimin olmadığına inandığımızda və bu inam doğruya çevrildikdə əsl sevgini yaşamış olarıq. Sevdiyimizə cismən yox, ruhən bağlı olmalıyıq ki, onun hiss etdiklərini, düşündüklərini düşünə bilək və bu zaman sevgi daha da gözəlləşir.

Sevgiyə müxtəlif cür yanaşsaq da hər birimizin qəlbində sevgiyə ac, sevgidən yaralı yer var. İnsan ağlıyla hərəkət etsə də qəlbiylə sevir və insan ağlının dərk etmədiyi hələ çox şeylər var bu dünyada....

Kim nə söylərsə söyləsin, mən səni bütün qəlbimlə sevdim, sevirəm, sevəcəyəm...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 588
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri