Və beləcə unutdum hərşeyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 856
Səs ver:
(səs: 3)
Və beləcə unutdum hərşeyi..
İndi daha başdan yazılır zaman..müxtəlif yerlərdə yenidən  doğulur və ölürəm...Mən Marta Dmitriyevski,surətim  yenidən yazılır..Keçmişə dönüb baxmıram artıq..baxsam da fərq etməz..indi daha yaxşıyam.Yenidən doğuldum.. Tutulduqdan sonra Günəşin yenidən görünməsi kimi.... yenicə doğmuş körpənin anasının barmağını sıxması kimi...meşədə baş vermiş yanğının həmin an yağışla söndürülməsi kimi..hətta Lazarın dirilməsi kimi...Hərşey necə baş verdi?
Getmək istədiyim o sonsuz anda,elə o anda hər şeyi başa  düşdüm.Gözlərimdə böyük bir xoşbəxtliyin sevinci, gələcəyin şəfəqi parıldayırdı:bu gələcək isə yeni bir həyat üçün dirilmə idi.Məni əhya edən sevgi idi,qəlbi mənim üçün  tükənməz həyat mənbəyi idi.Mən onu düşünürəm.Bir şey də xatırlayıram:mən həmişə İvana əzab verir,onun qəlbini parçalayırdım.
İvanın solğun,arıq üzü də mənim təsəvvürümdə canlandı;lakin bu xatirələr indi mənə əzab vermirdi:bilirdim ki,İvanın çəkdiyi bütün  əzabların əvəzini hədsiz bir məhəbbətlə çıxacağam.Bir də ki, keçmişin bu əzabı,bütün bu əzab nə idi axı! Hərşey indi mənə,ilk  ürək döyüntüm zamanı,bir növ zahiri,qəribə bir şey kimi görünürdü, sanki bu əhvalat heç mənim başıma gəlməmişdi.Bütün yaşadıqlarım və hiss etdiklərimdən peşman deyiləm amma həyata 2-ci dəfə  gəlmək...bu səhifələrdə inanıram ki,heç bir peşmançılıq da yazılmaz..
Mən İvanı sevirəm..və daha da ötəsi, o da məni sevir.Elə bu an,indi bu dəqiqə,get günəşə bax.Gözlərin nə qədər ağrısa da bax..ruhun və  cismini hiss etməyəcək dərəcədə dərin bax...sadəcə güclü ürək döyüntüsü və üzünü oxşayan,saçlarını darayan,onun qoxusunu dağ lalələrinə
aparan zərif küləyi duy..və artıq sən olduğun yerdə  olmayacaqsan..
sən sonsuz bir nəğməni bütün bədəninlə hiss edəcəksən.
Bəli..bu Günəşdir..Hər bir milyon saçağı ilə qərinələr boyu,neçə əsrlərdir, dinməz söyləməz,sakitcə həzin bir layla ilə fırlanan....bu Günəşdir...
Ruhunu günəşə təslim et .
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1 856
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri