Sevginin növləri: sizdə hansındandır?

Müəllif: Catwoman666
Şərhlər:
Baxılıb: 1114
Paylaş:
Səs ver:
(səs: 1)
Ən geniş yayılmış sevgi tipologiyalarına Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi daxildir. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə, aşağıdakı növ tiplər göstərilir:

Eros – ehtiraslı, yalnız əyləncə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik.
Lyudus – gedonostik oyun-sevgi, heç də daimi olmayan müvəqqəti xarakter daşıyır, xəyanətə meyllik.

Storqe – sakit, etibarlı və xoş dostluq - sevgi tipi.

Praqma – lyudus və storqe tiplərinin birləşməsindən təşkil olunub. Şüurlu şəkildə idarə olunan, hesablı sevgi tipi.

Maniya – eros və lyudusun birləşməsindən əmələ gəlib. İrrasional sevgi, sevgi obyektindən asılı olmağa meyllik, inamsızlıq nümayiş göstərən tip.

Aqape  – eros və stroqenin sintezi, təmənnasız sevgi, özünü qurban tipi.

Belə fərz olunur ki, qadınlar üçün daha çox storqi, praqmatik və maniakal tip sevgilər mövcuddur. Kişilər üçün isə daha çox eros və lyudus sevgi tipləri xarakterikdir.

Eyni zamanda  Robert Sternberq tərəfindən irəli sürülən üçkomponentli sevgi konsepsiyası da  geniş yayılmışdır. Sternderqə görə, insan doğulduğu andan etibarən üç əsas xüsusiyyətə sahib olur: intimlik, ehtiras və qərarlıq.

İntimlik, yaxud da psixoloji yaxınlıq hissi – başqa bir insana qarşı səmimi yaxınlıq və meyl. Sevdiyi insanın qayğısına qalmaq, ümumi maraqlar və zövqlərin yaxınlığının təşkili istiqamətdə həyat fəaliyyəti.

Ehtiras – fiziki yaxınlığa sövq edən meyllikdir, eyni zamanda bura özünə qayğı, özünə hörmət hissinin tələbatı, müdafiə olunmaq hissi və aid olmaq hissi  də daxildir.

Sternberqin zirvə komponenti isə qərarlılıq xüsusiyyətidir. Bu, məsuliyyət hissinin dərk edilməsi halının yaranma tərəfidir. Bu üçlüyün qısamüddətli halı odur ki, insan bir insanı bəyənir, uzunmüddətli hal isə bu sevgi uğrunda mübarizə etməsi və onu qorumasıdır.

Sternberq bu komponentlərin fərqli konfiqurasiyalarını da qurmuşdur. Belə ki, iki insan arasında simpatiyanın olması zamanı intimlik və qərarlılıq olsa da, ehtiras olmur, buna bacı və qardaşlar arasındakı münasibətləri misal göstərmək olar. İntimlik və ehtirasın olmadığı münasibətlərə Stenberq platonik sevgini və fanatların sevgisini misal göstərir. Yalnız hər üç komponentin olması ilə səciyyələn sevgi həqiqi sevgi kimi qəbul olunur.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1114
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook