İş yoldaşınızı sevmisiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 382
Səs ver:
(səs: 0)

alt

 

İş yoldaşınızı sevməzdən əvvəl (hərçənd ki bu insanın əlində deyil), bu əlaqənin yeni karieranıza gətirəcək mənfi və müsbət tərəfləri nəzərdən keçirin ki,daha sonra özünüzə” dəyərdimi?” sualını verməyin. Bu əlaqənin bir neçə mənfi və müsbət tərəflərini qeyd edim

Müsbət tərəflər
* Bir çox yeni əlaqədə olduğu kimi, gerçək həyəcanlar ilk mərhələlərdə olur: Tanışlıq, gizli e-maillər, gülümsəmələr və intimual baxışlar, zarafatlar və məktublar. Bütün bunlar ofisdəki uzun və çətin gününüzü asanlaşdıracaq müsbətlərdir.
* Səhər qalxanda özünüzü canlanmış hiss edəcək, ofisə sizin girdiyinizi görəndə üzündə meydana çıxan gülümsəməni və onu ən gözəl paltarlarını geymiş olaraq görmək üçün səbirsizlənəcəksiniz.
* Ofisin ən yaraşıqlı kişisidirsə(qadını), siz özünüzü şanslı hiss edəcək və həyatınızdakı bu yeni həyəcan ilə özünüzü ofisin ən dəyərli insanı kimi görəcəksiniz.
* Birlikdə restorana getməyə ehtiyac olmayacaq çünki darıxdırıcı ofis yeməyi birdən birə əyləncəli günorta yeməyinə çevriləcək
* Xüsusi anlarınızda, həftədə 40 saatı birlikdə çalışaraq keçirdiyiniz üçün söhbət mövzunuz eyni olacaq
* İşlə əlaqədar problemləriniz olduqda hər zaman bunları paylaşacaq biri olacaq.Eyni şəkildə, bir az işdən nəfəs almaq istədəyəndə siz də onun yanında olacaqsınız.
* Əgər yaxşı bir imkan varsa, qrup halında çalışmaq yaxşı ola bilər hətta bəzi işlərdə bir-birinizi tamamlayacaqsınız.
* Günün azı 8 saatı gözünüzün önündə olacaq.

Mənfi tərəflər
* Həyatda hər şeydə olduğu kimi, yaxşılar həmişə pislərlə birlikdə gəlir.
* İşlər istədiyiniz kimi getməyəndə, fərdi və ya işlə əlaqədar olaraq, siz və sevgiliniz arasındakı gərginliyin üzərinizdə əlavə təzyiq yaratması bəlkə də istəyəcəyiniz son şeydir. Bu soyuq və sərt gərginlik artdıqca həqiqətən başınızı partladacaq kimi ola bilər. Daha da pisi ofisdəkilərin bu gərginliyə şahid olmalarıdır ki bu da heç də xoş deyil.
* Ofis saatları əsnasında bir-birinizə xüsusi vaxt ayırdıqca, digər iş yoldaşlarınızdan özünüzü soyudcaqsınız. Ayrılıq baş verdikdə isə keçmiş dostları qaytarmaq çətinləşəcək.
* Işlər yaxşıca çətinləşdikdə, kiçik ofislərdə kimdənsə qaçmaq da çətinləşir. Şansınız belədir, onu bütün həftə boyunca görməməzlikdən gəlmək mümkün deyil.
* Ofis dedi-qoduları kariera şansınızı da azaldacaq. Müdiriniz əlaqənizlə işinizlə olduğundan daha əlaqədar olduğunuzu görsə bu kiçik eşq qeydlərini çəhrayı dəftərlərə yazmaq məcburiyyətində qala bilərsiniz

Ayrılma
Əgər ayrılmağa qərar versəniz, bu həftədə 40 saatlıq vaxt ayrılmanın ilk zamanlarında cəhənnəm əzabı kimi gələ bilər. Normal bir əlaqədən ayrılmanın ən gözəl tərəfi bir daha onu görmək məcburiyyətində olmayışınızdır. Açıqcası, bir ofis əlaqəsində işlər belə getməz. Əgər ayrılığa siz səbəbkarsınızsa, qisas istəyə bilər və iş həyatınızı cəhənnəmə çevirə bilər. Sizi sıxışdırmağa başlaya bilər. Digər tərəfdən, əgər o bitirsə, çətin tərəf siz ola bilərsiniz daha da pisi, onu başqa işçilərlə eşqbazlıq edərkən, yeməyə çıxarkən ya da yalnız öz həyatına sizsiz davam edərkən gördükcə dəhşət ortaya çıxacaq. Belə narahatlıqlar işdəki performansınıza pis təsir edər.

Professional bir qərar verin
Özünüzü belə çətin bir vəziyyətdə tapsanız, doğru hiss etdiyiniz kimi davranın. Ancaq belə bir karier xaosuna girməzdən əvvəl başınızda işin yaxşı və pis tərəflərini düşünməyi unutmayın. İşinizi və əlaqənizi birlikdə aparacağınıza əmin olsanız belə, çalışın iş və şəxsi həyatınız ayrı olsun.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 382
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri