Hər birimizin qaranlıq yönləri vardır

Müəllif: NoName
Şərhlər: 8
Baxılıb: 767
Paylaş:
Səs ver:
(səs: 0)
Həqiqətlər sahilə çıxmaq istəyərkən ruhumuzun dənizlərindən, hər zaman sərinlik bəxş etməz bizə. Bəzən öz ruhumuzun qaranlıq yanları özünü biruzə verərkən, içimizdə böyüyüb, alov-alov yanan hissi gizlədə bilmirik. Nifrət, kin və isyan burulğanı içimizi param-parça edərkən, yaxşı qalmaq üçün verdiyimiz mübarizələrimiz var. Ah, bir göydəki varlığı ya yoxluğu bilinməyən Tanrının anlayacağı əzablarımız var. İçimizdəki cəhənnəmin necə bütün ruhumuzu və bədənimizi ələ keçirdiyini hiss etdiyimiz əzablarımız. Susub, içimizdə yığdığımız hər ağrılı xatirə üçün intiqam almaq deyil bu. Bu, küncə sıxışdırılmış canımızın özünü müdafiə üçün etdiyi hücumdur. İçində yığılmış bütün hisslərin qusulduğu anlar var məsələn. Dost, otağının bir küncündə bağırdığın gecələrini bilirəm. İçindən gəldiyi kimi nifrətini püskürə bilmədiyini, üzünə vurulan hər acı sözə qarşılıq susmağa məcbur olduğun anlarını bilirəm...
İnsanın əzab çəkib, qarşılığında susmağa məcbur olmağı da başqa əzabdır.
İçində bu qədər nifrət varkən yaxşı insan olmağa çalışmağını bilirəm. Bəzən necə soyuq qanlı birinə dönüşdüyünü hiss edərkən, canavara dönüşdüyünü anladığın anlarda dəhşət hissinin səni bürüdüyü anlarını bilirəm...
Güzgüdə gördüyün, gözlərinin içində gülən şeytanı boğmağa çalışdığını da...
Bu dünyadakı əzablarımızla cəhənnəmi yaşayırıq bizlər. Hər birimizin qaranlıq yönləri vardır. Amma bu dünyada əsl mübarizəni, əzab çəkmiş və bundan sonra aydınlıq tərəfindən qopmamışlar verir...

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 767
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
wenikmurik
İnsanın əzab çəkib, qarşılığında susmağa məcbur olmağı da başqa əzabdır.
1 dekabr 2015 18:04
8
Bugunume wukr!
Offline
vipbetul
gozel maraqli yazidi
30 noyabr 2015 22:33
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
ece uslu
İnsanın əzab çəkib, qarşılığında susmağa məcbur olmağı da başqa əzabdır.
cox cetindi bu
30 noyabr 2015 21:11
6
Offline
Fialka
Bu dünyadakı əzablarımızla cəhənnəmi yaşayırıq bizlər. Hər birimizin qaranlıq yönləri vardır. Amma bu dünyada əsl mübarizəni, əzab çəkmiş və bundan sonra aydınlıq tərəfindən qopmamışlar verir...

Olduqca mənalı bir o qədərdə təsirli yazı idi . Düzdür hərdən isyan etdiyimiz anlar olur özümüzə və ətrafımıza amma içimizdə həmişə öz mübarizələrimiz var qeyd olunduğu kimi) düz yolda getmək və azıb qalmamaq üçün..Təşəkkürlər.
30 noyabr 2015 14:47
5
Offline
RamiLya )))
Oxuduqca ozumu tapdim 27
30 noyabr 2015 12:55
4
Offline
BARBI
Qaranliq yonlerimiz coxdur. Onemli olan sevdiklerimuz insanlarla aydinliga cixmagi bacarmaqdir
30 noyabr 2015 11:04
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
heyatim_menim
İnsanın əzab çəkib, qarşılığında susmağa məcbur olmağı da başqa əzabdır.
30 noyabr 2015 10:16
2
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
Grsu
:aH,AHHHH.....HEYAT COX QEDDAR OLUR BEZEN....
30 noyabr 2015 08:51
1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv