Səssizcə yol gedirəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 848
Səs ver:
(səs: 5)
Səssizcə yolda gedirəm.Beynimdə fikirlər,qulağımda qulaqcıq,amma daha diqqətli baxıram ətrafa.Məsələn ətrafdakı tək ağaca, tək daşa,uçan tək bir quşa.Niyə tək olduğunu düşünürəm,bir az pis oluram sanki hüzünlü baxırlar mənə. Qulağımda qulaqcıq davam edirəm qarşıma çıxan bütün binalar,bütün hasarlar bir xatirəyə çevrilir gözlərimdə.Düşünürəm görəsən neçə həyatın şahidi olmuş bu daşlar? Beynimdə dəli fikirlər yene gedirəm. Bir anlıq hər şey gözlərimin önündən keçir,qarışır bir-birinə.Nədənsə ilk rəfiqemle keçən həftə oxuduğum kitab ikisi birdən canlanır gözümün önündə.Nə əlaqə deyə düşünüb unutmağa çalışıram bir an.Amma sonra o kitabdakı cümlələrdə rəfiqəmi axtarmağa başlayıram.Beynimin eyni səhifəsinə yazıb onların hər iksini hansısa bir səhnə.Nədənsə. Davam edirəm bəlkə daşlarda özümü axtara-axtara bu dəfə gələcək haqda düşündüm.Ola bilsin bu daşlarda bir gün mənim də xatirələrim olacaq.Elə bu gün getdiyim yollar,yollardakı düşüncələr və qulaqcıqdakı musiqi. Birdən hiss edirəm ki, sən demə hal-hazırda ən sevdiyim mahnı səslənir.üzüm gülür.Qüsursuzca. Mən o mahnını qoymadan özü səslənir. Bu mahnını mənə sevdirən səbəbi axtarıram.Niyə sevmişdim axı bu mahnını? O an heç vaxt fikir vermediyim bir cümlənin fərqinə varıram.Niyə eşitməmişdim axı bu cümləni? Yenə düşünürəm. Əgər bu şəhərdə yaşamasaydım,bu məktəbdə oxumasaydım,bu ailədə böyüməsəydim,bu insanları tanımasaydım necə olardı həyatım? Yeni bir qəhraman yaradıram bu dəfə.O yeni həyatlar yaşadıqca mən gedirəm.İlk olaraq tərk edirəm bu şəhəri. Başqa bir şəhərin azadlığını çəkirəm ciyərlərimə qədər. Bu dəfə tək getmirəm ətrafımdə minlərlə insan amma məni tanımıyan. Bir məktəbə çatıram ətrafımda başqa dildə danışan uşaqlar. Tamam başqa dərslər ,başqa bir insan olaraq yetişdirilirəm.Playlistimdə fərqli mahnılar. Gedirəm. Bir bloka çatıb evin qapısını döyürəm. Bir qadın açır və "xos gəldin,qızım” deyir. Fərqli bir ev,ferqli aura. Bu aurada böyümüş mən. Bir az başqa hiss edirəm ama ruhum eyni.Yene asi. Maşın məni görüb əyləci basır. Düşüncələrdən ayrılıram. Yenə qayıdıram o tozlu küçələrə. Bir anlıq doğmalıq hiss edirəm. Nə çox mahnı ötüb keçib sən demə mən başqa şəhərlərdə gəzərkən. Evə çatıram.Söndürürəm qulaqcığı və anam” xoş gəldin,qızım” deyir...
(səs: 5)
Şərhlər: 7
Baxılıb: 1 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri