Qaranlıq gecə...

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 244
Səs ver:
(səs: 1)
 Əslində mənim də bahara dair həsrətlərim var.
Günəşli günlərə yığdığım gözəl sözlərim var.
Amma üşüyərkən hər insan kimi bir az dilim tutulur.
Hisslərin sözlərə məğlub olub məni əsir götürdüyü
saatlarda qucaqlayıb qucaqlamalanıb çölə atıram özümü.
Bir içimdən digərinə danışıram o saatlarla.Bir az dinləyir,bir az susuram.
Hər şeydən bir az gəlib,gedir ağılımdan.

 Bu axşam da bir böhran sonrası çöldəydim.
Və bu dəfə evdən çox uzaqlaşdım.
Zaman daha tez keçsin,gecə gəlsin istədim.
Keçdi də necə ki…Saatı fərqinə varıb evə dönmək
istədiyimdə qaranlığı basdıran bir qar yağmağa başladı.
Səmadan incə,narın ağ tozlar düşürdü getdiyim yollara.
Günlərdir məni yoran o inadçı soyuq bir neçə dəqiqə içində
bu adsız ağ örtüyə təslim olurdu.Mən isə kəslərə aldırmadan,
bir xəttdə və sabit dekabrlarla düzülmüş növbətçi lampaların
yoldaşlığında,ayaqlarımın çıxardığı səsi eşidə-eşidə,
azalıb çoxalan kölgələrimlə danışa danışa irəlilədim uzun yolda.
Heç şikayət etmədim.


 Evi uzaqdan gördüyümdə artıq hər yer dümağ idi.
Sanki ilk mən keçirdim oralardan,bir tək mənim
ayaq izlərim vardı.Sanki bir tək məni alqışlamışdı
ağ torpaq.Gözəl sözlər eşitmiş kimi xoşbəxt oldum.
Üzümdə bir təbəssümlə açdım evimin qapısını.
Və keçib pəncərənin kənarına,mənə baharı unutduran
o möhtəşəm görünüşü seyr etdim saatlarla…

 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri