Sənsiz səninləyəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 826
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/2012-02-15/1329293047-493.jpg

Gözəl yaz səhərində, meşədə, bulaqbaşında ikimizdik - sən və mən. Necə də bəxtəvər idik?! Bulağın suyu elə duruydu ki, qoşa əksimizi

özündə əks etdirirdi. Quşlar sevgimizə həsədlə baxır, bizə qibtə edirdi. Bülbüllər başımız üstündə cəh-cəh vurur, bizə sevgi mahnısı oxuyurdu.

Mən sevgindən əriyib, sərin bulaq suyuna dönmüşdüm. Ovcuna götürdün məni. Əllərin məni qucaqladı, ovcunun istisi isitdi məni. Yaxınlaşdırdın odlu dodaqlarına ki içəsən məni, ürəyin sərinləyə, sevgidən çat-çat olmuş yaralı qəlbinə məlhəm olam.

Qəfildən ovcunda nə gördünsə, məni təzədən bulağın suyuna çırpdın. Səbəbini anlamadım...

Bulağın axar suyu məni aparıb çaya tökdü. Çayın əksinə üzmək, səni yenidən tapmaq istədim. Gücüm çatmadı. Qollarımı sənə açdım, səndən kömək dilədim. Heç mənə səmt baxmadın da...

Çay məni selinə-suyuna qatıb, var gücü ilə dağlara, daşlara çırpdı. Qaranlıq meşələrdən aparıb, gur şəlalələrdən keçib, qəddarcasına, amansızcasına daşlara çırpdı...

Çay məni qatdı bulanıq sularına, apardı, apardı, sonda dənizə atdı. Dəniz dalğalarının üstündə məni yırğaladı, yırğaladı, hirslənəndə... qayalara çırpdı. Gücdən salana qədər əzab verdi mənə...

Ayılanda özümü sahildə gördüm. Ayaq izlərimiz hələ də sahildə qalmışdı. Onları qucaqlayıb təzədən dalğalara qarışdım.
O vaxtdan sən məni görmədin...

Amma yenə də səninləyəm. Əvvəllərdə olduğu kimi sevib, oxşayıram səni. Hərdən xəzriyə dönüb saçlarını tumarlayır, darayıram. Hərdənsə buluda dönüb yağışa çevrilirəm, səni qucaqlayıb əzizləyirəm.

Bəzənsə damcı olub yanaqlarına, dodaqlarına hopuram. Silmə dodaqlarındakı damcını, həsrətlim mənim, silmə! Mənəm o damcı, mənəm o damcı..

 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri