Quyunun ən dibinə atıb gedən insanlarıda gördük biz . Ən başda hamısı çox sevirdi ..
Üzr isdəmək birinə bilmədən toxunduqda ediləcək bir şey , dərin yaralar açdığınızda deyil ...
- Gözəl
günlər olacaq əlbət , hər zaman ağlmayacam onun üçün . Ağladığım
zamanlarda yazacağam , içimi tökəcəm vərəqlərə . Çünki , o mənim
həyatımda tanıdığım ən gözəl , ən seviləsi , yağmur qəlbli qadındı
- Üzümü
güldürən bir sevgi vardı bir vaxtlar . Qəlbi gözəl , qəlbi təmiz .
Uğruna günlərcə şeir yazılacaq biriydi . Ona səslənərkən , canımın şeiri
demək isdədiyim bir sevgi .
-İnsanı
yönləndirən ən böyük şey vicdandır . Və bəzi insanlar vicdan
çatışmamazlığından əziyyət çəkmir . Düşünmədən qarşısındakını paramparça
edən birində vicdan olmaz ...
- Birini
, əsəbləşdikdə əlləriniz titrəyəcək qədər sevməyin . Bitdi dediyində ,
nəfəsiniz kəsilənədək küçələrdə qaçacaq qədər sevməyin . Qaranlığa
ehtiyac hiss edəcək qədər sevməyin . Arxasından baxacaq , gözyaşı
tökəcək qədər sevməyin . Beyniniz uyuşacaq , Tanrıya isyan edəcək qədər
sevməyin ...
- Insan
, qaçarkən yıxıldıqda əlindən tutub ayağa qaldıracaq , ağrıyan dizinə
baxıb , gözyaşlarını siləcək birinin olmadığının fərqinə vardıqda başa
düşür . Artıq böyüməli olduğunu . Çünki , uşaqlar öz yaralarını tək
başına sağalda bilməzlər ...