Bu Nə Cür Sevgidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 142
Səs ver:
(səs: 0)

 

Bu nə cür sevgidir ?

Bilmirəm bu nə cür sevgidir gülüm,
Əllərim telinə həsrət qalıbdır.
Bilmirəm bu nə cür sevgidir gülüm ,
Qəlbimdə alovlu məhəbbət qalıbdır.

Sənə qovuşmağı gözləyirəm mən ,
Lallar danışmağı gözlədiyi tək .
Bal dodağından öpmək istəyirəm mən ,
Korlar görmək istədiyi tək .

Lallar danışıb, korlar görəcək,
Bizim qovuşmağımız çətindir –çətin.
Ağlayanlar göz yaşını siləcək ,
Məni ağladacaq sənin həsrətin .

Hər saat hər an düşünürəm mən ,
Sevgimə bir çarə tapa bilmirəm.
Bəzən düz,bəzən yalan düşünürəm mən ,
Heç cürə sevgimə bata bilmirəm .

Bir az da başımı qatsa şeriyyat,
Sanki, gündüzümdə gecə olacaq.
əgər belə dövr etsə kainat,
Bəs mənim həyatım necə olacaq?

 

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri