Getmə..Biraz daha qal

Şərhlər: 5
Baxılıb: 2 360
Səs ver:
(səs: 3)
Getmə bir az daha qal..Getmək üçün doğru zaman deyil. Yoxluğunda səni yazmaq xoşbəxt etmir məni, inan, yazıb yazıb sildiyim onlarla cümlələr qədər etmə varlığını. Heç əzbərləyə bilmədim üz cizgilərini, biraz gözlə, biraz daha izləyim heç olmasa. Lənətə gəlsin ki, zaman tam da lazım olduğu anda sürətlə keçir, ehtiyac olduğunda dayanmır. Sən dayan heç olmasa. Götürmə əllərinin istisini əllərimdən, biraz daha qalsın... Bir də fikir vermə mənə, nə edəcəyimi bilmirəm. Bu şəhərin yağışlarında bir daha islanmamaq təlaşı var içimdə. Olmadığında o küçələrə "biz"i görmək üçün getmək düşüncəsi indidən narahat edir məni. Ən yaxşısı inandır məni bunlara bir gün öyrəşəcəm deyə. İnandır, doğrudan da, sən olmadan hər şey daha da pis olmayacaq, başqa kimsəni bu qədər önəmsəyə biləcəyimə inandır məni. Razıyam, amma sən ola biləcək birini göstər, sonra get.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri