Sevdim sadəcə

Şərhlər: 3
Baxılıb: 2 141
Səs ver:
(səs: 3)
Mənli əziyyətlərin, mənli peşmanlıqların bitdi artıq. Dilədiyincə azadsan... Mavi səmanın altında istədiyin ölkələrə qanadlana bilər ürəyin... Dilədiyin mövsümlərdə dəli tərəfindən islana bilər gözlərin... Mənə çıxan bütün yolları ünvan dəftərlərindən sil artıq.. Adımın üzərini qalın hərflərlə işarələyib qaldır məni xatirələrinin ən tozlu rəflərinə... Mənə dair tək bir sətir qalmasın , tək bir cümlə olmasın dodaqlarında..
Madam sənə acı çəkdirirəm, madam mən səndə peşmanlığı xatırladıram burax bitsin bu əziyyət.. Mən sənə acı çəkdirmək üçün gəlməmişdim.. Ağır yaralı ürəyinə ümid deyə girmişdim halbuki.. İndi səndə " qanayan peşmanlıq " olmuşkən unut məni. ..Hiç yaşanmamış say yaşananları.. Mənli xatirələrin üzərinə qaranlığı ört və bağla bütün pərdələrini..... 

Mənə qatdıqlarını, mənə buraxdıqlarını yığ ürəyimdən...

Sənə gəldiyim yollardan getməyi də bilərəm mən.... Ehtiyac yoxdur " ən yaxşısına sən layiqsən " sözləriylə ovudulmuş aşmış cümlələrə... Mən bilərəm tozlu yolları.... Gedirəm, ayrılığın qəniməti olaraq bütün xatirələri yandira bilərsən.
Mənli bütün yaşananları da unuda bilərsən... Artıq sözə ehtiyac yoxdur... Getməliydim amma bu qədər erkən deyildi.. Gedirəm bir bədəndə " ürəksiz " yaşamağı öyrənməyə gedirəm.. Gedirəm mübtədası oğurlanmış cümlələrdə sənə " susmağa " gedirəm....Hər şey bitdi artıq. ..

Və hər şey bitmişkən, sənə get deməyəcəyəm....
Sevdim sadəcə..
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 141
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri