Sən "Ehtimallar Daxilimdəki Eşqim" idin !...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 287
Səs ver:
(səs: 1)


S601;n


Hər şey bir Ehtimal idi əslində; rəngli bir şüşənin ardındakı bir mərhabayla başlayan.
Eyni səfərdə yan-yana oturmuş yolçularıydıq ikimizdə. 
Gəldiyimiz yerlər qədər gedəcəyimiz yerlərdə fərqli idi bəlkə də... 
O zaman dilimində kəsişmişdi yolumuz, qısacıq bir an üçün, bir dayanacaq müddətində kim bilər...
alt
İlk başda necə can çətinliyi ilə söz atarsan yandakı yolçuya; necə danışacaq bir şeylər
axtararsan tək başına etdiyin səfərdə... O utancaqlıq vardı ilk "Salam!"ım da...
Lakin gözündəki işıltını görüncə, hiss edincə səsindəki ilıq yaz təravəti və fərq edincə
içindəki gözəllikləri yeni bir səfərin xəritəsi çəkildi könül dəftərimdə.
Bu qədər tez necə qurduq körpüləri deyərkən, fərq etdik ki biz yalnız topu oyunda 
tutmağa çalışan oyunçulardıq. Qol vurmağa heç niyyətimiz 
yox kimi idi. Bəlkə cəsarətsizlik, bəlkə tarazlıqlarımız idi bizə maneə törədən.
alt
Qonşu iki ölkə olduq sonra... Sən yüksək divarları ardında krallığını qorumağa çalışan
bir ada; mənsə ən güclü zirehləriylə təhlükəli sularda, sərhədlərində gəzən başqa bir ölkə...
Torpaqlarımızın gözəlliyi, qoxusu, rəngi ikimizi də cəzb eləyir, amma heç cür baş edə bilmirdik qarşılaşma qorxusuyla...
Sən uzaqlardan zirehimin müqavimətini sınayarkən, mən divarlarında gizli bir keçid axtarırdım.
alt
Amma ikimizdə eşiyində olduğumuz bir döyüşün fərqində deyilmişik.
Bir-birimizə yağış qədər yaxın, külək qədər uzaq iki ölkəydik nəticədə... 
Sənin yüksək divarların heç yıxılmayacaq; mənimsə zirehim heç deşilməyəcək kimi idi...
Bir şairin şeirində kimiydik ilk başda, amma sonra anladıq ki,bizə aid idi hər şey..
Sən "Ehtimallar Daxilimdəki Eşqim" idin !...
alt
Uğruna uzaq diyarlar fəth etdiyim. Və o ehtimalların sonsuzluğundan ən gözəl olanını seçdim,
səni sevdim mən. "Ehtimallar Daxilindəki Eşqim" ikən "Eşqim" olmuşdun çünki sən..


(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri