Mən yoxam,ürəyim yoxdu!

Şərhlər: 4
Baxılıb: 1 687
Səs ver:
(səs: 4)
İçimdə bir ürpərti gəzdi oxuduqca yazılanları. Gedən getmişdi necə olsa, ya ardında qalan Yaralı ürək. Gözlərimin içinə bax, görəcəksən təkliyi, kimsəsizliyi. Ağlaýan gözlər mənim deyil yarım qalan eşqin göz yaşları onlar. Bir uşaq gətirmişdim illər əvvəlindən bu günə. Sən yanımda olduqca o uşaq həmişə ortaya çıxırdı. Sen gedince onsuz da kimsə yox.Dəli bir kimsəsizlik başladı yağışla birlikdə az əvvəl. Hər damlada daha da əksildi sevgi deyilən boşluq, düşən ilk damla özümə olan sevgimi sildi asanlıqla, Sonrakı həyat sevincini, bir Sonrakı Dostluq duyğumu ... Belə sürüb getdi yağış, sel olub axan duyğularımın sonra baxa qaldım yalnız.Bir səs eşidildi buludlardan, hər ayrılan damlaya getmə deyirdi parçalanmış bulud. Getme çünki Sən getdikcə mən əksilirəm. .. Yenə gələrəm deyə cavab verdi yağış damlası buluda, Günəşli günlər fərqində olmadan məni sənə gətirər, maraqlanma qovuşarıq yaxında. Getme dedi bulud; döndüyündə tapacağın bulud mən olmayacağam çünki. Bax sən getdikcə azalıram, hər damla məni parça-parça bölür.Dinləmədi yağış damlası bilinməz, naməlum çəkilişinə qapılmış, gözü görməz olmuşdu ardında qalan solan həyatı. Getməliyəm dedi son bir səylə xilas buluddan, getməliyəm nə olur anla yeni həyatlar məni gözləyir. Sən başının çarəsinə necəsə baxarsan.Qısılan səsinə baxmayaraq bir cümləlik güc tapa bildi bulud özündə. "Səni təxmin edə bilməyəcəyin qədər çox sevirəm, sənsizlik çox canımı ağrıdır. Getmə ..." …..Getdin ,məni bir başıma kimsəsiz buraxdın yox olmaq üzrə…Və yox oldum ..İndi gəlincə hansı MƏNİi istəyirsən?...Artıq mən belə özümü itirdim….Bil ki; Sevməkdən imtina etmədim Səni,bil ki səninlə birlikdə sevdanıda daşıyacaq ürəyə sahibəm..Ama,o ürəkdə mənimlə birlikdə itdi….Mən yoxam,ürəyim yoxdu!.
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 1 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri