Kiprik uclarına qədər aşiq olduğunuz biri varsa, unutmaq sözünü unudun

Şərhlər: 6
Baxılıb: 1 899
Səs ver:
(səs: 3)
Sabah Namazında işığı yanan evlər qədər gözəlsən sevgili. Mənə, səni sevməkdən başqa çarə buraxmadın.

Saçlarında bir sehr var sanki. Toxunduqda başqa başqa aləmlərə açılan qapılar, 
heç eşitmədiyim melodiyalar. Oxumadığım kitablar və daha nə gözəl şeylər var
sənin saçlarında. 
Dediyim kimi, sənin saçların 'bayram yeri' kimi. 
Sən və saçların, tərəfimdən çox sevilirsiz. Gözəl gözlərindən öpürəm.

Gözlərin deyirəm qadın. Gözlərinin toxunduğu hər yer məmləkətim, bax. Bax ki uzanmasın qürbətim, əsarətim. Araf'ımın hər yanında səsin, ətrin. Ey sevgili, bu gün 'Mövlana mənəm Şəms isə sən'. Gəl, eşq'in odunda canımız, can parəmiz yansın.

Adın sevgili deyə yazılıbsa ömrümə, getmə. Mən istəmədiyim müddətcə sevgimdən o tərəfə gedə bilmərsən. Bəlkə də dua'yıq bir birimizə. Yarıda buraxmayaq 'haramdır' 

Kiprik uclarına qədər aşiq olduğunuz biri varsa, 'unutmaq' sözünü unudun.

Daha da sevmək, sevdikcə yox olmaq sonranın işidir. 
Ən çətini, qurtarmaz dediyi eşq'dən əsər əlamət qalmadığına şahid olan bir qadını,
yenidən eşq'ə inandırmaqdır.

Birdə sevgilini itirmək qorxusu olmaya, ama var. Hər düşüncədə onu itirmək qorxusu. 
Nə olacaq, necə olacaq deyə gözünə son dəfə baxırmış kimi baxmaq. 
Qoxusunu içinə çəkmək dura dura, qorxusunu gözə almaq.

Allah səcdəyə sürülmüş bir alına, ən gözəl şeiri 'qismət' deyə yazar.
Sən ki mənim səssiz etdiyim dua'msan. Necə olar da istəmərəm səniAllah'dan..

Səni gördüyüm gün, sanki kimsə mənim üçün dua edibmiş. O qədər təmiz, o qədər gözəl gəldinki mənə mən özümdən getdim. Əlini sevməyimdə də kəramət var idi, çünki 'duamız bir, əndamımız bir'. Nur üzlü idi sevgi, və bahar kimi gəldin bu səhra könlümə.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 1 899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri