Səni təsvir edirəm

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 1 953
Səs ver:
(səs: 2)
Bir buludsan sanki, bəzən rəngin boz, bəzən açıq, bəzən qara rəng, bəzən də yağış yağdırmağa çalışarsan ki, ancaq alınmaz. Bəzən də sıxarsan dişini. İllərlə yığdığın yağışı birdən yağdırarsan. Bəzən də elə hey guruldarsan, ancaq heç nə olmaz. Boş boşuna. Safsan çox saf. Bəzən də özünü güclü biri kimi göstərməyə çalışırsan, ancaq saflığın imkan vermir.
Bir "Yaz" kimi aldanırsan günəşə. Elə bilirsən daimidir. Çiçəklərsən ağaclar kimi, güllər kimi... Həyatı olduğu kimi qəbul etmək asan gəlir sənə, ancaq sonra anlayanda gec olur sənin üçün ...
Bəzən inadkarlıq edirsən, elə hey çətinliyə doğru addımılayırsan. Heç nədən, heç kimdən çəkinmirsən, hər kəs kimi yaşamağı sevən, ancaq fərqlənməyi sevirsən.
İsti birisən insanlara "Yay" kimi isti davranırsan. Qoymursan onları üşütməyə. Cırhacırlıq yaradırsan insanlar arasında, ancaq özün kənarda dayanırsan. Çünki sən uzaqsan bu istidən. İnamın qalmayıb insanlara, həmişə dəyişkən fikirli olursan. Elə fikir ki, bir əlvanlıq, gözəllik yaradırsan üzdən gülərək, ancaq içdən yarpaqlar tökərsən bircə-bircə.

"Payız" kimi könlündə min budağın yarpağını saraldarsan, yaşamarsan, yaşadarsan. Küləklə bərabər hislərini, süzgün dolu gözlərini soyuqlanırsan, özün özündən dönürsən, ancaq həmişə kimsə, nəsə səni uzaqlaşdırır hər kəsdən, hər şeydən.
Bir "Qış" kimisən, ağ, saf təmiz qar kimisən. Elə hey bir səbəb olar, əriyərsən sərtləşərsən. Bəzən əsəbləşər çovğunluq yaradarsan, acıqlanarsan. Gecələri tənhalıqla qalarsan ulduzları bəzəyərsən öz ağ saf rənginlə. Ən əsası səni üzdən xoşbəxt görənlər içində 4 fəsili yaşatdığından xəbərləri olmaz...
 
Müəllif: Elvir Onur
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri