Xatırlamaq üçün yavaşlayır, unutmaq üçün sürətlənirik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 980
Səs ver:
(səs: 2)
Albert Camus fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı” adlandırılmış məşhur yazıçıdır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı almış yazıçı, bu mükafatı aldıqdan 3 il sonra Albert Camus yol qəzasında həyatını itirsə də, ondan geriyə olduqca dəyərli fikirlər qalmışdır.

İnsan otuz yaşında özünü əlinin içi qədər yaxşı tanımalıdır. Qüsurlarının və müsbət cəhətlərinin sayını, nə qədər uzağa gedə biləcəyini bilməli, gələcəkdəki uğursuzluqları təxmin edə bilməlidir. Hər nədirsə, o olmalıdır. Hər şeydən daha əhəmiyyətlisi isə, bütün bunları qəbul etməlidir.
Bir insan söylədikləri qədər söyləmədikləriylə də insanlaşır.
Kölgəsiz günəş yoxdur və gecəni tanımaq lazımdır.
Dünyanın ən köhnə peşəsi "özünü satmaq”dır. Bunu "fahişəlik” ilə qarışdırmaq da, bir o qədər köhnə səhvlərdəndir.
Haqlı olmaq ehtiyacı adi insanlara xas xüsusiyyətdir.
Xatırlamaq üçün yavaşlayır, unutmaq üçün sürətlənirik.
Həqiqi ümidsizlik can vermək, məzar və uçurumdur.
Alçalmaq yüksəlməkdən daha asandır
İnsanın hər gün etdiyi ən yaxşı şey intihar etməməyə qərar verməkdir.
Bütün böyük hadisələrin, böyük düşüncələrin əhəmiyyətsiz bir başlanğıcı vardır.
İnsan özünə bir məna biçməyə çalışan yeganə məxluqdur.
Heç bir sənətkar həqiqətdən əl çəkmir.
Dünya aydınlıq olsaydı, sənət olmazdı.
Müasir siyasi sistem insanları bədbəxt etmə makinəsidir.
Heç nə böyüklük qədər sadə deyil, çünki böyüklük də əslində bir az sadə olmaqdır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri