Qorxurdum... Zəifliyimdən
çox qorxurdum. Birinin məni yıxmasından, qalxmağa çalışdığım zirvədən
düşəcəyimdən qorxurdum. Dost satqınından, sevdiyim şəxslərin məni
itələyib darda qoyacaqlarından qorxurdum. Həyatımın böyük yalan
olmasından qorxurdum. Daha qalxmayacağımdan çox qorxurdum.
Qorxum arxamda dayanmışdı. Hər addımımda izləyirdi məni. Mən bir az
zəifləyən kimi canıma hopmağa çalışırdı. Budur, taqətdən düşürəm,
dostlarım gülərək mənə baxır, tarazlığımı itirərək yıxılıram, sevdiyim
şəxslər qəhqəhə çəkərək məndən uzaqlaşır. Qorxu isə sanki hər şeyin belə
olacağını əvvəlcədən bilirmiş kimi mənə yaxınlaşırdı. Yox,
mən buna imkan verə bilməzdim. O mənə qalib gələ bilməzdi, cəhd
etməliydim, onunla mübarizə aparmalı idim. Gözlərimdən yaş axsa da,
gülümsədim. Mənim paxıllğımı çəkənlərin, məni yıxanların acığına güclü
olmalı idim Qollarıma qüvvət gələrək bədənimi qaldırmağa çalışdım. Yenə
və yenə.. Aha alınır, deyəsən. Yox, yox, yenə yıxıldım, qorxum
məni itələmişdi. Durmalıydım. Məğlub olmayacaqdım mən! Cəhd, yenə cəhd.
Alınır, aman Tanrım, alınır. Yarı
oturaq vəziyyətdə durdum. İndi ayağımla durmağa çalışmalıydım. Qorxuya
baxdım. Təəccüblənmişdi, gözləmirdi bunu, amma yenə iyrənc dişlərini
göstərərək məni itələməyə çalışdı. Bu dəfə bu üsul işə yaramayacaqdı.
Artıq öz ayaqlarım üstdə idim və güvənim özümdən başqa heç kimə idi.
Geniş təbəssümlə ona yaxınlaşıb divara sıxdım. Nəhayət, qalib gəlmişdim
qorxuma. O bunu gözləmədiyi halda uduzmuşdu. Barmağımla bədəninə toxunduqda gözlərim önündə yanıb közərməyə başladı. Qışqırıb
ah - nalə edirdi. Mən isə zəfərimlə şadlıq edirdim. Yanan qorxudan
qığılcımlar yaranmışdı, rəqs edə - edə uçuşurdular. Onlar mənim yeni
uğurlarım, qələbələrim, sevinclərim, xoşbəxtliklərim idi. . .
" Uğura çatmaq istəyirsən? Bu o qədər də asan deyil, dost. Uğura
gedən yolda çoxlu səhvlərin olacaq, lakin qətiyyən yoldan dönmə.
Doğruların da olacaq və yenə yanlışlar edəcəksən, hansı ki doğrularının
üstündən xətt çəkəcək. Səni yıxıb darda qoyan, zərbə endirən dost,
yaxınların olacaq. Amma sən təslim olma, dur! Yol hələ qabaqdadır...
Gözlərini qapa və aç.. Budur, uğur sənindir!"